1 dəqiqəlik salat

1 dəqiqəlik salatTərkibi:

1 banka konservləşdirilmiş lobya (qırmızı)
2 pomidor
100 qr hisə verilmiş kolbasa
60 qr pendir
1 banka konservləşdirilmiş qarğıdalı
2 xörək qaşığı ət sousu
4-5 şüyüd gövdəsi
Bəzəmək üçün suxarı

Hazırlanması qaydası:

Kolbasa doğranılır. Pendir və pomidor xırda kub şəklində doğranılır, şüyüd xırda doğranır.
Lobyanın suyunu sıxıb, suyu atırıq. Salat qabına hazır məhsulları yerləşdirib üzərinə sous əlavə edirik.

Hazırlanması bu qədər sadədir.

Nuş olsun!


f Paylaş10 iyun 2015 , Baxılıb: 800


Həmçinin oxuyun

mp3 yukle
Mp3 yukle sayti