7 tip qadınlar niyə tənha olduqlarını anlamırlar

7 tip qadınlar niyə tənha olduqlarını anlamırlar1. Yalnız mümkün olmayanı istəyən qadınlar

Onu dalınca qaçdığı prosesin özü maraqlandırır. Əldə edən kimi isə , başqa adrenalin mənbəyi axtarır. İstədiyini əldə etdikdən sonra ona marağını itirir. Hisslər qarşılıqlı olduqda, özü də anlamadan darıxmağa başlayır.

2. Yalnız kobud insanları maraqlandıran qadınlar

Heç bir qadın istəməz ki,onunla yaxşı rəftar etməyən kişinin diqqətini özünə çəksin. Amma hərdən belə də olur. Qadın, məhz elə bu səbəbdən, həmişə onu maraqlandırmayan kişilərin diqqətini çəkməyə çalışır. Bu o demək deyil ki, qadın özünü qiymətləndirməyi bacarmır, o sadəcə onun üçün doğru olan kişilərə şans vermir.

3. Kişilərin ağlını başından alan qadınlar

Ona eyni zamanda 5 müxtəlif kişi zəng edir. Onu istəməklərinin səbəbi var. Kişilər ona öz şikarı kimi baxırlar. Amma bu o demək deyil ki, o kiminsə şikarına çevrilib. Tez-tez və belə çox kişi diqqətini ətrafında hiss edən qadın, onlarla nə edəcəyini bilmir, buna görə də tənha qalır.

4. Onu heç kimi istəmədiyini düşünən qadınlar

O, heç cazibə qanunlarına fikir vermir. Hətta kişi gözləri ilə onu yesə də, qadın fikirləşir ki, həmin kişi ona yox, onun rəfiqəsinə baxır. Bu o demək deyil ki, həmin qadın özünə güvənmir, o, kişilərə gələndə, sadəcə bir qədər qabadır. O qayğısız olduğu üçün rahatdır, amma tənhadır.

5. Kişini əvvəlki sevgilisi ilə müqayisə edən qadınlar

Ola bilsin ki, qadın əvvəlki sevgilisini sevir və ya ola bilsin ki, nifrət edir. Amma nə baş verməsindən asılı olmayaraq, qarşısına çıxan kişiləri onunla müqayisə edir. Bu müqayisə isə yeni münasibətləri korlayır.

6. Çox işləməyi sevən qadınlar

O, öz işini, karyerasını o qədər sevir ki, onun kişilər haqqında düşünmək üçün sadəcə vaxtı yoxdur. O yaxşı adama rast gəlsə belə, iş onun üçün birinci yerdə olur. Qadın isə reallığı dəyişmək istəmir. O elə adam tapmaq istəyir ki, həmin adam anlasın ki, qadın onu sevdiyi qədər işini də sevir.

7. Ona aşiq olan hər kəsi sevən qadınlar

O kişiləri xarakterinə görə sevmir, yalnız həmin adamı onu sevdiyinə görə sevir. O diqqətdən xoşlandığını etiraf etməsə də, komplimentlərdən ruhlanır. Hərdən qadına elə gəlir ki, o aşiq olub. Bir sözlə desək onun gözləri bağlanır. Ən sonda, o öz hislərini aydınlaşdıra bilir.


f Paylaş4 dekabr 2015 , Baxılıb: 965


Həmçinin oxuyun

mp3 yukle
Mp3 yukle sayti