Az yeyirəm, ancaq kökəlirəm... - SƏBƏBLƏR

Az yeyirəm, ancaq kökəlirəm... - SƏBƏBLƏRBəzən insanlar hiss edir ki, onların çəkisi səbəbsiz olaraq artır - qidalanma dəyişilməyib, fiziki hərəkətlik normadadır, ancaq çəki artır. Bəzən bu insanlar hətta pəhriz saxlamağa, daha az yeməyə çalışsalar da, heç bir köməyi olmur və bədən çəkisi artmaqda davam edir.
Belə halın səbəbləri müxtəlif ola bilər. Bəzi xəstəliklər və pozulmalar bədən çəkisinin artmasına gətirib çıxardır. Bu səbəbdən əgər siz özünüzdə bədən çəkisinin "səbəbsiz" artmasını müşahidə edirsinizsə, pəhrizə oturmağa tələsməyin, həkim müayinəsindən keçin.

Beləliklə, çəkinin "səbəsiz" artması bu kimi pozulmalar zamanı baş verə bilər:

- Hipotireoz (qalxanvari vəzi xəstəliyi) zamanı qalxanvari vəzi öz hormonlarını daha az miqdarda ifraz edir.
Qalxanvari vəzi orqanizmdə gedən bir çox proseslərə (o cümlədən, maddələr mübadiləsi proseslərinə) təsir edir. Qalxanvari vəzinin fəaliyyətinin zəifləməsi həmçinin mübadilə proseslərini bir qədər zəiflədir və bundan əlavə orqanizmdə artıq mayenin yığılmasına (şişkinlik) səbəb olur. Bunlar isə bədən çəkisinin artmasına gətirib çıxardır.

- Qadınlarda hormonal pozulmalar çəkinin artmasına səbəb ola bilər. Belə ki, polikistoz yumurtalıqlar sindromu olan qadınların bir çoxu artıq çəkidən əziyyət çəkir.
Bu pozulma zamanı qadının orqanizmində kişi hormonları artıq miqdarlarda ifraz olunur. Bu isə tüklənməyə, dəridə səpkilərə, menstruasiyanın pozulmasına, sonsuzluğa səbəb olur.

- Bəzi böyrək və ürək xəstəlikləri zamanı bədəndə artıq maye yığılır. Bu isə çəkinin artmasına səbəb olur.

- Şəkərli diabet piylənmənin əsas səbəblərindən biri sayılır. Şəkərli diabetin digər simptomları - səbəbsiz susuzluq, sidik ifrazının artması, dəridə qaşınma, dəridə yaraların gec sağalması və s. Özünüzdə bu simptomları müşahidə edirsinizsə, endokrinoloqa müraciət edin.

- Xroniki stress, depressiya çəkinin artmasına səbəb ola bilər.

- Menopauza (klimaks) hətta cavan qadınlarda başlaya bilər. Klimaks zamanı menstruasiyalar qeyri-müntəzəm olur, qısalır və ya əksinə uzanır, qadın çəki yığmağa başlayır. Mütləq ginekoloqa müraciət edin. Müalicənin köməyi ilə klimaksı taxirə salmaq mümkündür.
xeberaz.az


f Paylaş12 yanvar 2017 , Baxılıb: 86


Həmçinin oxuyun

mp3 yukle
Mp3 yukle sayti