Azərbaycanın tanınmış futbolçusu dünyasını dəyişdi

Azərbaycanın tanınmış futbolçusu dünyasını dəyişdiKaryerası "Kəpəz"lə bağlı olan, bir zamanlar yığmamızın şərəfini qoruyan Faiq Cabbarov dünyasını dəyişib.
44 yaşlı sabiq futbolçu haqqında yayılan ölüm xəbəri dəqiqləşib. Karyerasına doğma klubu olan "Kəpəz"də başlayan Cabbarov, 2005-ci ildə məhz Gəncə təmsilçisinin heyətində futbolla vidalaşıb.
1993-98-ci illərdə yığmamızın şərəfini qoruyan F.Cabbarov 1997-ci ildə Azərbaycanda ilin futbolçusu seçilib. 2000-ci ildə keçirilən sorğuda ölkəmizin ən yaxşı futbolçusu adına layiq görülən müdafiəçi "Neftçi"nində şərəfini qoruyub. Cabbarov ümumilikdə "Kəpəz"in heyətində 195 oyuna 19 qol vurub.
Allah rəhmət eləsin!

Mənbə: Sportfm.az


f Paylaş12 yanvar 2017 , Baxılıb: 602


Həmçinin oxuyun

mp3 yukle
Mp3 yukle sayti