Bayram namazının qılınacağı vaxt açıqlandı

Bayram namazının qılınacağı vaxt açıqlandıQafqaz Müsəlmanları İdarəsidən bayram namazının qılanacağı vaxt və yeri haqda açıqlama verilib.

"Bu il Ramazan ayının bayram namazı iyulun 18-də saat 09:00-da Göy məsciddə, saat 10:00-da isə Təzəpir məscidində qılınacaq.

Xatırladaq ki, Ramazan bayramı ilə əlaqədar bu il 4 gün qeyri-iş günü olacaq.

Hər il adəti üzrə, Ramazan ayının sonunda fitrə zəkatı verilir. Qeyd edək ki, bu il fitrə zəkatının məbləği 5-10 manat müəyyən edilib.

Zəkatın bayrama kimi ehtiyacı olan şəxslərə çatdırılmalıdır. Fitrə zəkatı oruc tutan və tutmayan, xəstə və ya sağlam, yaşından asılı olmayaraq hər bir ailə fərdinin adından verilməlidir.

Əgər ailədə günbatana qədər uşaq doğulubsa, onun da adından zəkat verilməlidir. Fitrə zəkatının pulla verilməsi vacib deyil, o, ərzaqla da verilə bilər.


f Paylaş16 iyul 2015 , Baxılıb: 491


Həmçinin oxuyun

mp3 yukle
Mp3 yukle sayti