Bu gün dünya şöhrətli azərbaycanlı müğənnin dögum günüdür

Bu gün dünya şöhrətli azərbaycanlı müğənnin dögum günüdürƏsl adı Fərrux Bulsara olan əfsanəvi müğənni Freddi Merküri 5 sentyabr 1946-cı ildə keçmiş Britaniya koloniyası, indiki Tanzaniyanın Zənzibar adasında dünyaya göz açıb. Onun valideynləri Bomi və Cer Bulsara Hindistana köçən Cənubi Azərbaycanlılar olmuşlar.

Onlar Hindistandan Zənzibara Bominin Britaniya Koloniya İdarəsindəki işləri ilə əlaqədar immiqrasiya edirlər. Bulsara soyadı Hindistanın Qucarat ştatındakı Bulsar (digər adı – Valsad) şəhərinin adından götürülmüşdür.

Merkurinin özündən kiçik Kəşmirə adlı bacısı da var. Təhsilinə Bombeydən 500 km uzaqlıqda, Pəncqani şəhərində yerləşən Müqəddəs Pyotr internat məktəbində başlayan Fərrux, elə bu məktəbdə o pianoda ifa etməyi öyrənir və tədricən ilk qrupu olan Hecticsi yaradır.

O, öz uşaqlıq illərini Hindistanda nənəsinin və bibisinin yanında keçirir. Sonra o Cathedral və John Connon məktəbinə daxil olur.

Merkuri Zənzibara qayıtmamışdan əvvəl Hindistanda Mazaqondakı Müqəddəs Meri məktəbini bitirməyə də nail olur.

17 yaşında ailəsi ilə birgə Zənzibarda baş vermiş inqilab səbəbindən İngiltərəyə köçən Fərrux İngiltərədə Qərbi Londonda yerləşən Isleworth Polytechnic (indiki West Thames College) adlanan kollecə daxil olur və burada incəsənəti öyrənməyə başlayır.

Sonralar o məhz bu kollecdə Queen gələcək üzvləri Brian May və Rocer Teylor ilə tanış olur. Onlar sıx dostluq etməyə başlayırlar.

Dünya rok musiqisi və ümumiyyətlə musiqi tarixində ən yaxşı səslərindən sayılan səsi sayılan Fərrux Queen qrupunun dünya şöhrəti qazanmasında əsas rol oynayır.
Onun səsi praktiki olaraq dörd oktavanı əhatə etmişdir. Halbuki, o danışanda səsi baritona enirdi, amma oxuyan zaman onun səsi tenordan düşmürdü.

Mercury texniki olaraq çətin mahnıları da çox güclü bir səslə ifa edir. Səs tellərində problem olsa da əməliyyat olunmağı rədd edir.

Çox güclü fantaziyaya və istedada malik olan Merkuri konsertlərini təkrarolunmaz şoulara çevirə bilir, demək olar ki, bir çox konsert geyimlərinin dizaynını belə özü verirdi.
Onun son video görüntüsü olan "These Are the Days of Our Lives" klipində onun xəstəliyinin həqiqətən də ciddi olduğunu görmək mümkün olur.

22 noyabr 1991-ci ildə o Queenin meneceri Cim Biç (Jim Beach) ilə Kinqstondakı evində görüşərək xəstəliyinin geniş ictimaiyyətə açıqlanmasını müzakirə edir.
Ertəsi gün, yəni 23 noyabrda Freddi Merkyuri QİÇS xəstəliyinə yoluxdugunu elan edir. Həmin gün Dünya rok musiqisi, fanatları və yaxınları şoka düşürlər.

Bəli, tam 24 saat keçir, ertəsi gün Dünya rok musiqisinin kralı Freddi Merkuri 45 yaşında gözlərini əbədi olaraq yumur.

Ölümünün əsl səbəbi isə QİÇS-dən əmələ gəlmiş sətəlcəm (ciyər xəstəliyi) xəstəliyi kimi göstərilir.

Mənsub olduğu Zərdüştlük dininə əməl etməsə də, dəfni bu dinin qayda-qanunları əsasında həyata keçirilir.

Cənazəsi Kensal adına Yaşıl Qəbirsanlıqda yandırılır amma, külünün yerləşdiyi yer heç kimə məlum deyil.

Lakin, bəzi məlumatlara görə Cenevrə gölünə səpilmişdir.

Queeninqalan bütün üzvləri The Mercury Phoenix Trust fondu tərəfindən "Freddi Merkyuri Xeyriyyə Konserti" təşkil edirlər.
Konsertin məqsədi QİÇSə qarşı mübarizə idi.

Ölümündən sonra açıqlanır ki, O, £500,000 (funt – İngilis pulu) baş aşpazına, £500,000 şəxsi köməkçisinə, £100,000 sürücüsünə və £500,000 partnyoru Jim Huttona vəsiət etmiş, Meri Austin(Mary Austin) adında ən yaxın dostuna isə yaşadığı mülkü bağışlamışdır.


f Paylaş5 sentyabr 2015 , Baxılıb: 418


Həmçinin oxuyun

mp3 yukle
Mp3 yukle sayti