Bu reseptlə istənilən giləmeyvə mürəbbəsi cəmi 5 dəqiqəyə hazır olacaq!

Bu reseptlə istənilən giləmeyvə mürəbbəsi cəmi 5 dəqiqəyə hazır olacaq!Meyvənin də vitamini qalacaq!
Əvvəlki illərdə insanların, xüsusilə də qadınların vaxt çoxluğu nəticəsində onlar on kilolarla meyvədən mürəbbələr hazırlayardı, şorabalar bağlayardı.. Amma indi – XXI əsrdə hər kəsin tələsdiyi, vaxt tapmadığı dövrdə reseptlərin də sadəsini axtarırıq. 1,2 deyən kimi hazır olsun, çox vaxt aparmasın.
Bu dəfə istənilən giləmeyvəni 5 dəqiqəyə hazırlayacaq mürəbbə reseptini təqdim edirik. Onu da qeyd edək ki, mürəbbəni saatlarla bişirmək meyvənin vitamini öldürürür.

Ərzaqlar:

İstənilən giləmeyvə - 1 kq.
Şəkər tozu – 1 kq.
Limon şirəsi – 4 x.q. (albalı mürəbbəsinə bu da gərək deyil)

Hazırlanması:

Giləmeyvəni təmizləyirsiniz, yuyursunuz və üzərinə şəkər tozunu səpib gecədən səhərə kimi soyuducuda saxlayırsınız. Səhər onu soyuducudan götürürsünüz və odun üzərinə qoyursunuz, qarışdırırsınız. Qaynamasını gözləyirsiniz. Qaynayan kimi üzərinə limon şirəsini tökürsüz və 5 dəqiqə qaynadırsınız. Elə mürəbbəni qaynar halda da sterilizə edilmiş bankalara tökürsüz, ağzını bağlayırsınız.sufren.az


f Paylaş4 avqust 2016 , Baxılıb: 1045


Həmçinin oxuyun

mp3 yukle
Mp3 yukle sayti