Bu üsul diş ağrısını 1 dəqiqəyə yox edir

Bu üsul diş ağrısını 1 dəqiqəyə yox edirDiş ağrıları bir çox səbəbdən yaranır. Əvvəlcə diş ağrısının səbəbi araşdırılmalı, daha sonra ona uyğun mualicə tətbiq olunmalıdır. Çoxu diş ağrısı zamanı ağrını yüngülləşdirmək istəyərkən yanlış üsullarla ağrını daha da artırır.

Qadınsaytı.az sizə diş həkiminə gedənə qədər ev şəraitində ağrını yüngülləşdirmək üçün bəzi məsləhətləri verir.

Dişinizi fırçalayın

Dişi fırçalamaq sıxışmış və ağrıya səbəb olan qidaları uzaqlaşdırmağa köməkçi olur. Həmçinin, ağrının azalmasına səbəb olur.

Qarqara edin

Sirkəli su və duzlu su qarqarası diş ağrılarını qismən də olsa keyidir. Dişi bakteriyalardan təmizləyir və şişlikləri azaldır. Diş əti və açıq diş çürüklərinə dezinfeksiyaedici təsiri vardır.

Ağrı kəsici

Diş həkiminizin təklifi və istifadə şərtlərinə uyğun ağrı kəsici almanız ağrını müəyyən bir müddət üçün azaldacaq.

Dişə əsla aspirin, odekolon, spirt qoyulmamalıdır. Bunların yerinə qərənfil yağı seçim edə bilərsiniz. Qərənfil yağı və ya quru qərənfil əsrlərdir infeksiyanı müalicə etmək üçün istifadə edilir. Diş ağrısını sakitləşdirən qərənfil yağı anestezik və antiseptik xüsusiyyətlərə sahibdir

Buz tətbiqi

Ağrıyan diş bölgəsinə soyuq kompres tətbiqi və ya soyuq su ilə ağızı yaxalamaq müvəqqəti olaraq ağrını azaldır.//Publika.az


f Paylaş12 yanvar 2017 , Baxılıb: 648


Həmçinin oxuyun

mp3 yukle
Mp3 yukle sayti