Çoban börəyi

Çoban börəyiTərkibi:

1) 2 stəkan sürtkəcdən keçirilmiş pendir

2) 6 – 7 ədəd göy soğan

3) Yarım dəstə cəfəri

4) 2 xörək qaşığı sumax

5) İstiot

6) 4 ədəd yuxa

7) 3 xörək qaşığı bitki yağı

8) 1 stəkan su

Hazırlanması:

Börəyin içini hazırlamaq üçün sürtkəcdən keçirilmiş pendiri, doğranmış göy soğan və cəfərini, sumağı, istiotu bir qaba töküb qarışdırın. Yuxanın birini düz bir yerə sərib üstünə yağlı su gəzdirin. Yarısına hazırladığınız içdən tökün. Digər yarısını üstünə örtüb aypara formasında bükün. Digər yuxaları da bu qayda ilə hazırlayın.
Yapışmayan tavaya az miqdarda bitki yağı töküb börəkləri tez-tez çevirərək hər iki üzünü qızardın.

Süfrəyə isti-isti verin.


f Paylaş13 mart 2015 , Baxılıb: 669


Həmçinin oxuyun

mp3 yukle
Mp3 yukle sayti