Çox sadə "Fransız salatı"

Çox sadə "Fransız salatı"Fransız salatının hazırlanması qaydası çox sadədir, ən əsası isə onun tərkibi rahat tapılan məhsullardan ibarətdir. Digər tərəfdən salat çox faydalıdır. 15 dəqiqəyə hazırlanır. Bütün ərzaqları hazırlayın, növbə ilə sürtkəçdən keçirin və dərhal salat qabına qoyun. Çox tez və çox dadlı alınır

Tərkibi:

2 alma

4 bişmiş yumurta

2 təzə yerkökü

Mayonez

Soğan

Pendir

Hazırlanması:

1-ci qat pörtlədilmiş soğan (soğanı sevməyənlər əlavə etməyə bilərlər), mayonez

2-ci qat – sürtkəcin iri gözündən keçirilmiş 1 ədəd alma, üzərinə mayonez çəkilir

3-cü qat – sürtkəcin iri gözündən keçirilmiş 2 yumurta, üzərinə mayonez çəkilir

4-cü qat - sürtkəcin xırda gözündən keçirilmiş 1 yerkökü, mayonez

5-ci qat - sürtkəcin xırda gözündən keçirilmiş pendir

Qatlar aralarına mayonez çəkilməklə yenidən təkrarlanır: 1 alma, 2 yumurta, 1 yerkökü, pendir

Nuş olsun!


f Paylaş21 may 2015 , Baxılıb: 1328


Həmçinin oxuyun

mp3 yukle
Mp3 yukle sayti