DÜNYANIN ƏN ASAN HAZIRLANAN DADLI TORTU

DÜNYANIN ƏN ASAN HAZIRLANAN DADLI TORTUDÜNYANIN ƏN ASAN TORTU - QARIŞQA YUVASI.

Bəzək-düzək, səliqə tələb etməyən tort resepti
Daha bir sovet nostalgiyası yaradan tort "MURAVEYNİK" sadə olduğu qədər də dadlıdır. Ucuz başa gəlir. Hətta heç vaxt tort bişirməyən də bunu bişirə biləcək! Ərzaqlar:

Xəmir üçün:
Kərə yağı – 200 qr.
Un – 400 qr.
Yumurta – 1 ədəd
Süd – 125 qr.
Duz – bir çimdik
Krem üçün:
Kərə yağı – 200 qr.
Qatılaşdırılmış süd – 1 banka.

Hazırlanması:
Yağ çalınır, bura yumurta, süd, un, duz əlavə olunub, xəmir yoğrulur. Xəmir kürə kimi yumrulanıb bükülür və soyuducuda 40 dəqiqə saxlanılır. Sonra xəmiri ətçəkəndən keçirib, formaya tökür və 200 dərəcədə qızarana kimi bişirirsiniz. Krem üçün qaynadılmış qatılaşdırılmış südlə yağ çalınır. Bişmiş xəmir kremlə birgə qatılıb qarışdırılır və qarışqa yuvası təpəciyi kimi formaya salınır. Soyumaq və özünü tutmaq üçün soyuducuya qoyulur. Nuş olsun!


f Paylaş22 iyun 2016 , Baxılıb: 6959


Həmçinin oxuyun

mp3 yukle
Mp3 yukle sayti