Elnur Hüseynovun klipinə baxış sayı1 milyonu keçdi (VİDEO)

Elnur Hüseynovun klipinə baxış sayı1 milyonu keçdi (VİDEO)"Eurovision" mahnı müsabiqəsinin rəsmi "Youtube" kanalında Elnur Hüseynovun "Hour of the Wolf" klipinə baxışların sayı 1 milyonu keçib.
İstedadlı ifaçının mahnısı maraqla qarşılanıb.

Türkiyədə "O səs Türkiyə" müsabiqəsində güclü səsi ilə izləyicilərin rəğbətini qazanan və sonda qalib seçilən həmyerlimiz Elnur Hüseynov "Eurovision"da ikinci dəfə iştirakı ilə daha da populyarlaşdı və geniş izləyici kütləsi qazandı.

Qeyd edək ki, Elnur Hüseynov may ayında baş tutacaq "Eurovision -2015" mahnı müsabiqəsinin ikinci yarımfinalında 11 nömrə altında çıxış edəcək.

Yarışın I və II yarımfinalı 19 və 21, finalı isə 23- mayda olacaq.


f Paylaş27 aprel 2015 , Baxılıb: 286


Həmçinin oxuyun

mp3 yukle
Mp3 yukle sayti