Ərik mürəbbəsi

Ərik mürəbbəsi
Ərzaqlar: Ərik mürəbbəsi

1 kq ərik (tumu çıxarılmış)

1 kq şəkər tozu

1 st su

Hazırlanması:

Əriyin tumunu çıxarıb dörd yerə bölürük.

Ərik mürəbbəsi
Su ilə şəkər tozunu qarışdırıb qazın üstünə qoyuruq.

Ərik mürəbbəsi
Ərik mürəbbəsi
Şəkər əriməyə başlayanda əriyi tökürük. Astaca qarışdırırıq.

Ərik mürəbbəsi
Qaynara düşəndə 5 dəqidə qarışdırıb, götürürük. Yarım saat qalır. Sonra yenidən qaza qoyub, bişiririk.

Ərik mürəbbəsi
Üzünə çıxan kəfi yığırıq  və asta qarışdırırıq ki, hər tərəfi eyni bişsin.

Ərik mürəbbəsi
Kəfi azalanda mürəbbə ortasından şəffaf köpüklə qaynayır, onda bilinir ki, hazır olmağa az qalıb. Qaşığı qaldırıb suyu az ağırlaşmaq istəyəndə götürürük.

Ərik mürəbbəmiz hazırdı. Mürəbbə soyuduqdan sonra bankalara yığırıq.

Nuş olsun!


f Paylaş1 noyabr 2013 , Baxılıb: 2587


Həmçinin oxuyun

mp3 yukle
Mp3 yukle sayti