Hamilə qalmaq üçün ən uyğun seks pozası...

Hamilə qalmaq üçün ən uyğun seks pozası...Hamilə qalmaq üçün ən uyğun seks pozası...
Hamilə qalmaq hər zaman asan olmaya bilər. Doğru zaman, uyğun mövqe və sağlam qidalanma hamilə qalmağı asanlaşdırır. Aile.lent.az türkiyəli qadın xəstəlikləri mütəxəssisi Sevtap Hamdemir Kılıça istinadən hamilə qalmağı sürətləndirən bir neçə ipucu ilə sizi də tanış edir.

Hər sahədə olduğu kimi hamilə qalmağı düşünən cütlüklərin də hamiləlik haqqında məlumatlı olması lazımdır. Hamiləliklə bağlı biliklərə sahib olmaq hamilə qalmağı asanlaşdıra, hamiləlik prosesinin sağlam və rahat bir formada keçməsini təmin edər: Əvvəlcə onu xatırlatmaq yerinə düşər ki, hamiləliyin baş verməsi üçün yumurtalıqdan çıxan keyfiyyətli bir yumurtanın sperma ilə birləşməsi lazımdır. Mayalanma deyilən bu hadisə qadının uşaqlıq borularında baş verir. Mayalanan yumurta uşaqlığa yerləşərək hamiləlik yaradır. Hamilə qalmada ən əhəmiyyətli faktor keyfiyyətli yumurta və spermadır. Açıq və sağlam uşaqlıq borusu və döllənmiş yumurtanın yerləşə biləcəyi normal bir uşaqlıq da çox vacibdir.

Hamilə qalmaq üçün uyğun poza

Hamilə qalmaq üçün digər bir faktor da cinsi münasibət zamanı pozadır. Əhəmiyyətli olan yalnız cinsi münasibətdəki poza deyil, cinsi münasibətdən əvvəl və sonra nə ediləcəyini bilməkdir. Mütəxəssislər hesab edir ki, kişinin üstdə, qadının isə altda olduğu poza hamilə qalmaq üçün ən təsirli pozadır. Lakin onu da qeyd edək ki, hamilə qalmaq üçün davamlı eyni pozada cinsi münasibətdə olmaq cütlükləri cinsəllikdən uzaqlaşdıra bilər.
Poza ilə yanaşı, cütlüklərin psixologiyası və sağlamlıq vəziyyətləri da əhəmiyyətlidir. Hamiləliyin təmin edilməsində qarşılıqlı fikir mübadiləsi apara bilmək və cinsi xoşbəxtlik də əhəmiyyət kəsb edir

Düzgün qidalanmaq

Düzgün qidalanma hamilə qalmaq üçün çox əhəmiyyətlidir. Sağlam körpə qədər sağlam anaya də ehtiyac olduğu unudulmamalıdır. Sağlam qidalanmaq normal həyatımızda da böyük əhəmiyyət daşıyır. Lakin hamilə qalmağı düşünən cütlüklər düzgün və nizamlı vitaminli qidalar qəbul etməlidirlər.

Hamiləliyə nail olmaq üçün yumurtlama dövrü nəzərə alınmalıdır. Yumurtlama dövrünün bəzi əlamətləri var. Bunlardan biri uşaqlıqdan gələn axıntının tipidir. Bu axıntı bol miqdarda sürüşkən, şəffaf və yapışqan olmalıdır. Bununla yanaşı, döşlərdə həssaslıq, qarında şişkinlik və ağrı, cinsi istəkdə artım, qoxu, dad və işığa qarşı həssaslıq, qızdırma, hərarət yumurtlama əlamətləri arasındadır. Əgər yumurtlama dövrünü izləyə bilmirsinizsə, sidikdə olan yumurtlama kütlələrindən istifadə edə bilərsiniz.
Lent.az


f Paylaş18 mart 2016 , Baxılıb: 3743


Həmçinin oxuyun

mp3 yukle
Mp3 yukle sayti