Hansı bürc hansı peşədə çalışmalıdır?

Hansı bürc hansı peşədə çalışmalıdır?Astroloqlar bürcləri hansı peşəyə daha uyğun olduğunu araşdırıblar. Atv.az həmin maraqlı araşdırmanı təqdim edir:

QOÇ: Lider ruhlu qoçlar rəhbərliyi əllərində uğurla saxlaya bilirlər. Cəsarət tələb edən hər növ işin öhdəsindən gəlirlər. Buna görə hərb sahəsində, personal məsuliyyəti olan peşələrdə, ticari həyatda risk tələb edən işlərdə, cəsarətli rəftarlarından istifadə edərək gəlir əldə edə biləcəyi peşələrdə son dərəcə uğurludurlar.

BUĞA: Venera planetinin təsirilə bədii gücü çox qüvvətli olan insanlardır. Diqqət etsəniz görərsinzi ki, müxtəlif sahələrdə uğur qazanan sənətçilərin əksəri bu bürcün insanlarıdır. Zərgərlik, müəğnnilik, ləl-cəvahirat dizaynerliyi, heykəltəraşlıq, dekoratorluq peşələrində uğur əldə edirlər.

ƏKİZLƏR: Hərəkətli həyat tərzinə uyğun xarakterləri var. Məhz buna görə də oturaq, monoton işlərdə uğurlu ola bilməzlər. Çünki bu onların sevərək etdikləri bir iş deyil. Araşdırmalara görə, zəkasını istifadə edə biləcəyi işlərə yönələrlər və bu sahələrdə üstünlüklər qazanarlar. Jurnalistika, spikerlik, arxeoloqluq, yazıçılıq, reklamçılıq, müəllimlik ən müvəffəqiyyətli olduqları peşələrdir.

XƏRÇƏNG: Mərhəmət duyğuları çox inkişaf etmiş insanlardır. Buna görə həkimlik, tibb bacısı, sinif məllimliyi, bağça müəllimliyi kimi işlərdə sevərək, heç şikayət etmədən çalışırlar.

ŞİR: Rəhbərliyin öz əllərində olduğu işlərdə uğurlu olurlar. Hökm verməyi sevərlər. Buna görə də onların çoxlu insanın çalışdığı bir yerdə təkbaşına uğurlu şəkildə rəhbərlik etdiklərini görə bilərsiniz. Bu avtoritar sərt görünüşlərinin altında sənətə yaxınlığı ilə də bilinən şir bürcü insanları moda dizayn, dekorasiya, fotoqrafiya sahələrində də müvəffəqiyyətli bir şəkildə peşələrini icra edərlər.

QIZ: Qız bürcü insanları riyaziyyat tələb edən mühasibat, riyaziyyat müəllimliyi, maliyyə mütəxəssisliyi, bankçılıq kimi peşələrdə müvəffəqiyyətli iş həyatları ilə diqqət çəkərlər.

TƏRƏZİ: Ədalətli və balanslı rəftarları ilə hüquq sahəsindəki peşələrdə uğurludurlar. Vəkil, hakim, prokuror, diplomat, siyasətçi olaraq qarşımıza çıxarlar.

ƏQRƏB: Gizlilik ehtiva edən peşələrə marağı olan insanlardır. Buna görə dedektif, polis kimi çalışsalar, daha çox uğur qazanarlar.

OXATAN: Elmə əhəmiyyət verərlər. Öyrənməyi və öyrətməyi çox sevərlər. Ən uğurlu olduqları peşələr müəllimlik, tədqiqat işləri və jurnalistikadır.

OĞLAQ: Oğlaq bürcü qadını və kişisi yeniliklərə açıq olan xarakteri ilə texnologiya sahəsində uğurlu bir iş qrafiki çəkərlər. Kompüter mühəndisliyi ən müvəffəqiyyətli olduqları peşə budaqlarıdır.

DOLÇA: Araşdırmaçı ruha sahibdirlər. Davamlı yeniliklər arxasındca qaçarlar. Buna görə elm adamlarının əksəriyyətinin dolça bürcü insanlardan çıxdığını görə bilərsiniz. Ədəbi istiqaməti çox qüvvətli olan dolça bürcü insanını müvəffəqiyyətli bir yazar olaraq da görərsiniz.

BALIQ: Təxəyyül çox qüvvətli olan balıq bürcü insanı, xüsusilə dizayn tələb edən işlərdə uğur qazanar. Xəyal edər və çıxarar. Saç dizaynı, ev dekorasiyası, arxitektura kimi maraqlı fikirlərin qazanc gətirdiyi peşələrdə müvəffəqiyyətli olarlar.


f Paylaş30 noyabr 2016 , Baxılıb: 704


Həmçinin oxuyun

mp3 yukle
Mp3 yukle sayti