HƏR XANIMIN SAĞ ƏLİ: GAVALI PİROQU.

HƏR XANIMIN SAĞ ƏLİ: GAVALI PİROQU.HƏR XANIMIN SAĞ ƏLİ: GAVALI PİROQU.

Eşitdiz ki, evinizə qonaq gələcək, marketə qaçmayın. Şirniyyatı evdə hazırlayın, həm öz əl qabiliyyətinizi göstərin, həm də qoy evinizdən gözəl ətir gəlsin. Çünki indi sizə təqdim edəcəyimiz resept olduqca asandır və ərzaqları hər bir evdə var. Gavalı mövsümündə ləzzətli bir piroq bişirək!

Ərzaqlar:
Yumurta – 1 ədəd
Şəkər tozu – 110 qr.
Kərə yağı – 60 qr.
Un – 100 qr.
Süd – 60 ml.
Qabartma tozu – 1 ç.q.
Gavalı – 4-5 ədəd

Hazırlanması:
Otaq temperaturunda olan kərə yağ ilə şəkər tozunu bir qaba tökürsüz və qarışana kimi mikserdə çalırsınız. Sonra yumurtanı əlavə edirsiniz, çalırsız. Unu, qabartma tozunu da tökürsüz və qarışdırmağa davam edirsiz. Sonda süd əlavə edirsiniz. Qeyd: Süd isti-ilıq olmalıdır, soyuq yox! Mikserlə bütün ərzaqları qarışdırandan sonra orta qatılıqda xəmir alınacaq. Onu diametri 16 sm. olan yağlanmış formaya tökürsünüz (çox böyük tavada yaxşı alınmayacaq). Üzərinə çəyirdəyi çıxarılmış və yarıya bölünmüş gavalıları düzürsünüz. Əvvəlcədən isidilmiş sobada 180 dərəcədə 30-40 dəqiqə bişirirsiniz.

Nuş olsun!


f Paylaş10 iyul 2016 , Baxılıb: 1878


Həmçinin oxuyun

mp3 yukle
Mp3 yukle sayti