İlk çərşənbə-Su çərşənbəsi

İlk çərşənbə-Su çərşənbəsiBu gün Azərbaycanda ilk çərşənbə - su çərşənbəsi qeyd olunur.
Milli bayramımız olan Novruzun gəlişindən dörd həftə əvvəl xalqımız bayram çərşənbələrini qeyd edir. Qədim ən-ənələrimizi özündə əks etdirən çərşənbələr Su, Od, Yel, Torpaq çərşənbələri olmaqla 4 yerə bölünür.
İlk çərşənbə olan su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Xalqın inamına görə Su çərşənbəsi günü "təzə su"dan keçənlər, azarını, bezarını ona verənlər il boyu xəstəlikdən uzaq olarlar. Həmin gün su üstündə müxtəlif mərasimlər keçirilir. Su çərşənbəsi ilə əlaqədar çoxlu sayda inanclar, fallar, türkəçarələr, bayatılar, əfsanələr və rəvayətlər var.
İlk çərşənbənin gəlişi ilə evlərdə təmizlik işləri aparılır Çünki Novruzun həm də təmizliyin, yeniliyin rəmzidir. Bu çərşənbələrdə açılmış süfrələrdə milli təamlar, xonçalar süfrənin bəzəyi olur. Çərşənbələr, həmçinin, dostuq, qayğıkeşlik, mehribanlıq hisslərini də aşılayır. Belə ki, çərşənbələrdə yaşlı insanları, qohumları ziyarət etmək adətdir.
Çərşənbələrin maraqlı əyləncələrindən biri də fala baxmaqdır. Su çərşənbəsində subay qızlar stəkana su doldurub, saçlarından bir tel qopardaraq ona nişan üzüyü bağlayıb, suya salıb çıxarırlar. Saça və ya sapa bağlanmış üzük stəkanın kənarlarına neçə dəfə dəyib səs çıxarsa xanımlar həmin yaşda ailə quracaqlarına inananarlar.
Digər falda maraqlıdır. Su çərşənbəsi zamanı subay qızlar səhər tezdən heç kimlə danışmadan lal axan su gətirib 2 iynənin arxasına pambıq bağlayıb, suya atırlar. Əgər iynələr bir tərəfə getsə deməli sevdikləri insana qovuşacaqlar, əgər ayrı dayansalar bu onların qovuşmayacağına işarədir.
Çərşənbələri ruh yüksəkliyi ilə qarşılamaq lazımdır. İnanca görə bayramı hansı əhvah-ruhiyyə ilə qarşılasan növbəti bayrama kimi günlərin əksəriyyəti həmin əhval-ruhiyyə ilə də davam edəcək.
Dörd çərşənbənin əzəli olan su çərşənbəniz mübarək olsun!
İlk çərşənbə-Su çərşənbəsi


f Paylaş24 fevral 2015 , Baxılıb: 905


Həmçinin oxuyun

mp3 yukle
Mp3 yukle sayti