Intellektuallığın 10 əlaməti

Intellektuallığın 10 əlaməti1. Intellektual adam-heç də əlaçı və ya hər hansı müəssisə rəhbəri olmaq demək deyil. Intellektual adam nə istədiyini bilir, başa düşür və istəyini necə həyata keçirməyi düşünür və onu edir.

2. Səliqəli görünüş. Intellektual adam bilir ki, onu ilk dəfə geyiminə görə qarşılayacaqlar. Psixoloqlar təsdiq edirlər ki, cəlbedici görnüşə malik olan insanlar daha tez adaptasiya oluna bilən, məşhur və intellektualdırlar. Bu işıq effekti və ya işıq təsiri adlanır.

3. Sağlam dişlər. Son təcrübələr göstərir ki, diş həkiminin müayinəsindən keçən insanlar daha müvəffəqiyyətli və intellektual hesab edilirlər.

4. Qarşısındakını dinləməyi bacarmaq. Emosional həssaslıq İQ qədər vacibdir. Qulaq asmaq və lazımi suallar verməklə daha çox şey öyrənmək olar. Ümumiyyətlə, boşboğaz – casus üçün bir tapıntıdır.

5. Yaxşı yaddaş. Əksər insanlara görə intellektual olmaq sadəcə yaxşı yaddaşı olmaq, lazımi anda öz "xəzinə"sindən istifadə etməkdir.

6. Dərindən nəfəs almaq. Daha çox özünə əmin görünmək üçün dərindən nəfəs almaq lazımdır ki, beyin oksigenlə dolsun. Özünə əmin olan insanlar ətrafdakı insanların daha çox xoşuna gəlir, çünki onlar güvənə bilinəcək qəhrəman kimi görünür.

7. Dik durmaq. Əlbətdə ki,ünsiyyətdə əsas rolu dil oynayır. Ancaq yöndəmsiz durmaq insanlarda mənfi fikir yaradacaq. Onlar fikirləşəcəklər ki, qaşılarındakı ya tənbəl, ya utancaq və ya axmaqdır.

8. Dünyagörüşünün genişlənməsi. Fikirləri ilə razılaşmadığınız adama qulaq asmayın. Müxtəlif bədii kitablar oxuyun. Elə kitablar seçin ki, əvvəllər onu heç vaxt seçməzdiniz.

9. Ağıllı sözlərdən istifadə. Elə sözlərdən istifadə edin ki, insanlar ağılsız görsənməsinlər deyə sual sizə verməyə cəsarət etməsinlər.

10. Mədəni nitq. Dava etməkdən çəkinin. Psixoloqların fikrincə insanlar az əhəmiyyət kəsb edən güclü bəzədilmiş ifadələrdən istifadə edirlər.
Ən əsası odur ki, intelektual insan heç vaxt özünü ağıllı hesab etmir! O, öz əqli qabiliyyətini ehtiyatla gizləyir.


f Paylaş30 mart 2015 , Baxılıb: 439


Həmçinin oxuyun

mp3 yukle
Mp3 yukle sayti