İnternet kişilərin spermasını sürətli dərəcədə zəiflədən səbəbdir

İnternet kişilərin spermasını sürətli dərəcədə zəiflədən səbəbdirİnternet kişilərin spermasını sürətli dərəcədə zəiflədən səbəbdir

Kabelsiz internetdən istifadə edən 1082 sağlam kişidən alınan sperma nümunələrini tədqiq edilib. Sperma analizi verən sağlam kişilərdən internetdən istifadə vərdişləri də soruşulub. Sorğunun nəticələrinin təhlili isə maraqlı faktları üzə çıxarıb. Araşdırmaya görə, kabelsiz internetdən istifadə edənlərdə, kabelli internet istifadə edənlərlə müqayisədə sperma fəallığı ciddi nisbətdə azalır. Aparılan araşdırmaya qatılan kişilərin "wireless" istifadəsi zamanı hər saat başına sperma fəallığı 2 faiz azalıb. Tədqiqatla gündəlik kabelsiz internet istifadəsinin artması, sperma hərəkətlərinin və keyfiyyətinin daha da azaldığı müəyyən edilib.

Mobil texnologiya insan həyatını asanlaşdırsa da, sağlamlığa ziyan vurur. Turqut Özal universitetinin tibb fakültəsinin urologiya üzrə mütəxəssisi və professor Mehmet Erol İldırımın rəhbərlik etdiyi qrup kabelsiz internetin spermanın keyfiyyətinə təsirini araşdırıb.

Wireless texnologiyası həyatımızı asanlaşdıran çox əhəmiyyətli texnologiyadır. Wireless kabelsiz olaraq kompüterlərin bir-biri ilə ünsiyyətə keçmələrinə imkan yaradır. Wireless tətbiqləri Wireless wan və Wireless lan olmaq üzrə ikiyə ayrılırlar

Kabelli internet istifadə edin

Professor İldırım elektromaqnit dalğalarının sperma üzərində olan mənfi təsirlərini daha əvvəl eksperimental olaraq göstərdiklərini, ancaq bu araşdırma ilə gerçək həyatda verdiyi mənfi təsirlərini də təsbit etdiklərini söyləyib. "Kişilərin cinsi sağlamlıq baxımından kabelli internet istifadə edilməsi lazımdır" deyən İldırım simsiz şəbəkələrin sağlamlığa zərərli təsirlərindən qorunmaq üçün də bu təkliflər verib:

"İstifadə edilən cihazların kişinin cinsiyyət orqanına yaxın olmaması lazımdır. Kompüter və portativ kompyüterlərə ehtiyac olmayan hallarda mütləq kabelsiz internet funksiyası qapalı saxlanılmalıdır. Xüsusilə kişilərin imkan varsa, kabelli internet istifadə etmələrini təklif edirik. Elektromaqnit dalğalar səbəbindən cib telefonları bu günə qədər həmişə mübahisəli mövzu olub. Daha əvvəl aparılan araşdırmalar cib telefonunun çox istifadəsinin sperma keyfiyyətini pozduğunu müəyyən etmişdi. Ancaq kabelsiz internet əlaqəsi də sperma keyfiyyətinə mənfi təsir göstərən risklər ehtiva edir. Sperma sayı və fəallığında hər saat başına 2 faizlik azalma ciddi göstəricidir.


f Paylaş16 yanvar 2015 , Baxılıb: 753


Həmçinin oxuyun

mp3 yukle
Mp3 yukle sayti