İntihar çıxış yolu deyil, əzabın başlanğıcıdır

İntihar çıxış yolu deyil, əzabın başlanğıcıdırDünya Səhiyyə Təşkilatı son illər apardığı tədqiqatların nəticəsinə əsasən bildirir ki, dünyada hər il təxminən 1 milyon insan intihar edir.

İntihara cəhdin səbəbləri müxtəlifdir. Psixi və ya sosial səbəblərin təsiri altında insanlar öz həyatlarına son qoyur. İntihar edən şəxslərin 90%-i depressiya xəstəsidir. Depressiyada olan kişilərin intihar nəticəsində həyatını itirmə nisbəti qadınlardan daha yüksəkdir.

Stress, ümidsizlik, problemləri həll etmə bacarığının tükənməsi İntihara gətirib çıxaran amillərdəndir.

Qeyd edək ki, intihar heç də vəziyyətdən çıxış yolu deyil. İnsan intihar edərkən öz həyatına son qoymaqla yanaşı ailə üzvlərinin, yaxınlarının da həyatını məhv edir. Həmin insanlar şok yaşayır, psixoloji travma alır, həyatlarını əvvəlki kimi yaşaya bilmirlər.

Ən böyük zərbəni isə intihar edən şəxs alır. İlk olaraq ona verilmiş olan həyatı məhv edir, bu həyatda yaşamaq şansını itirir.

Bütün səmavi dinlərdə intiharın böyük günah olduğu bildirilir. İslam dinində də intihar, yəni onun verdiyi canı almaq Allaha qarşı çıxmaq hesab edilir.

Müqəddəs Qurani-Kərimdə Allah-Təala buyurub: "Ey iman gətirənlər! Qarşılıqlı razılıqla edilən alış-veriş müstəsna olmaqla, bir-birinizin mallarını haqsız bəhanələrlə (haqsız yerə) yeməyin və özünüzü öldürməyin! Həqiqətən, Allah sizə qarşı mərhəmətlidir!" (Nisa surəsi, 29-cu ayə)

Deməli, intihar etməklə siz ilk növbədə yaradanın əmrlərinə qarşı çıxmış olursunuz. Çünki sizə əmanət olunan bədəni ölümə məhkum edirsiniz.

Yaradan insana özünü qorumağı buyurmuşdur:(Malınızı) Allah yolunda xərcləyin. Öz əlinizlə özünüzü təhlükəyə atmayın, yaxşılıq edin! Allah yaxşılıq (ehsan) edənləri sevir. (Bəqərə surəsi, 195-ci ayə)

Bəs intiharın cəzası nədir?

"Hər kəs bir mömin şəxsi qəsdən öldürərsə, onun cəzası əbədi qalacağı Cəhənnəmdir. Allah ona qəzəb və lənət edər, onun üçün böyük əzab hazırlar!" (Nisa surəsi, 93-cü ayə).

İnsan bir mömini öldürərsə və ya özünə qıyarsa, əbədi olaraq cəhənnəm atəşində yanar. Deməli, intihar heç də çıxış yolu deyil. Özü-özünə zülm etməkdir, həmişəlik olaraq cəhənnəmdə əzab çəkməkdir. Oradan isə qurtuluş yoxdur.

Bu barədə hədislərdə də deyilib: "Kim özünü bir şey ilə öldürsə, cəhənnəmdə eyni şey ilə əzab ediləcəkdir" (Buxari, Kitabu’l-İman hədis N:159 , Muslim Kitabu’l İman hədis N:160).

"Kim bir təpədən özünü aşağıya atıb özünü öldürsə, əbədiyyən cəhənnəmdə yuvarlanacaq. Kim zəhərli bir maddə içərək özünü öldürsə əbədiyyən zəhər içəcək. Kim özünü dəmir bir alətlə öldürsə cəhənnəmdə də o aləti durmadan qarnına sancacaqdır" (Buxari, Kitabu’d-Tıbbi hədis N:5333, Muslim, Kitabu`l İmam Hədis N:158, Əbu Davud Dıbb N:3374).

Sizə bir dəfə verilmiş həyatın qədrini bilin. Hər iki dünyanızı məhv etməyin!


f Paylaş16 iyul 2015 , Baxılıb: 306


Həmçinin oxuyun

mp3 yukle
Mp3 yukle sayti