İşə gecikirsiz? Hər yerdə tıxacdır? Bəs nə etməli?

İşə gecikirsiz? Hər yerdə tıxacdır? Bəs nə etməli?Londonda yaşayan Joe Marşal adlı kompüter mütəxəsisi də bir zamanlar bu problemlə qarşılaşıb və çıxış yolu tapıb. O tərk çarxlı velosipeddən istifadə edir və onu tək təkərli möcüzə adlandırır. Onun fikrincə izdihamlı şəhərlərdə bu ən yaxşı çıxış yoludur. Bəs niyə iki təkərli velosiped yox, məhz bir təkərli? Joe Marşalın fikrincə bir çarxlı velosiped təhlükəli görünsə də iki təkərlilərə nisbətən daha rahatdır. Çünki tıxacda ondan istifadə ilə özünə daha asan çıxış yolu tapa bilirsən. Nisbətən az məsafəni tutduğuna görə onunla istiqaməti dəyişmək daha asandır və işə çatmaq üçün vaxtını yollarda itirmirsən. Amma onun bu ideyası heç də hamı tərəfindən birmənalı qarşılanmır. Bəziləri bunu təhlükəli, digərləri isə ağılsız ideya adlandırırlar. Hətta bir yaşlı xanım Joe Marşala yaxınlaşıb, "bu ağılsızlıqdır, özünə maşın al" deyə məsləhət də verib. Marşal "İkinci təkər haradadır?" sualı ilə də tez-tez qarşılaşır. Joe Marşal üçün isə bu həm də əyləncədir.


f Paylaş20 fevral 2015 , Baxılıb: 327


Həmçinin oxuyun

mp3 yukle
Mp3 yukle sayti