Kapron corabların ömrünü uzatmaq üçün sadə üsul

Hər bir qadın kapron corablarının uzun müddət istifadə edə bilməyi arzulayır. Amma çox təəssüf ki, onlar davamsız olur, 2-3 dəfə istifadədən sonra onlar süzülməyə başlayır.

Sadə bir üsul kapron corabların ömrünü uzada bilər. Qadinsayti.az bu geyimin ömrünü uzatmaqda sizə ipucu verəcək.
Kapron corabların ömrünü uzatmaq üçün sadə üsulKapron corabları dondurun!

Bir qədər qəribə səslənsə də, bu üsulu tətbiq etməyə dəyər. Gələn dəfə kapron corab alanda onu bir qədər isladıb, soyuducunun buz kamerasına qoyun . Tam donandan sonra onu çıxarın , donu açılsın və bir qədər qurusun.

Belə etməklə siz kapron corabların liflərini möhkəmləndirəcəksiniz və onlar sizə adi qaydada olduğundan bir neçə dəfə artıq xidmət edəcək.

Bu üsul barədə rəfiqələrinizə də danışın!


f Paylaş7 oktyabr 2015 , Baxılıb: 2211


Həmçinin oxuyun

mp3 yukle
Mp3 yukle sayti