Kartof səbətində küftə

Kartof səbətində küftəTərkibi:

4-5 kartof;

1-2 xörək qaşığı un;

300 qr qarışıq farş;

1 baş soğan;

2 xörək qaşığı bişmiş düyü;

2 yumurta (1 — i kartof üçün; 1 – i farş üçün);

100 qr pendir;

duz, ədviyyat; cəfəri.

Hazırlanması:

Kartofu qaynadın və püresinə kərə yağı, çalınmış yumurta, 50 qr pendir və un əlavə edin.

Soğanı xırda doğrayın, şəffaf olana kimi qızardın və soyudun.

Farşı soğan, düyü, göyərti, ədviyyat və yumurta ilə qarışdırın.

Formalı səbətləri (selikon olsa daha yaxşı olar) bitki yağı ilə yağlayın.

Əllərinizi soyuq suda isladıb, ehtiyyatla kartof püresindən götürün.

Qabın içərisinə qoyub onun formasında düzəldin.

İçərisinə isə 1 xörək qaşığı farş qoyub üzərinə pendir səpin.

Sobada 190 dərəcədə 35-40 dəqiqə bişirin.


f Paylaş11 iyun 2015 , Baxılıb: 863


Həmçinin oxuyun

mp3 yukle
Mp3 yukle sayti