Kələm turşusu resepti

Kələm turşusu resepti Ərzaqlar:

Kələm- 2 kq.

Yerkökü- 3-4 əd.

Sarımsaq- 4 diş

Duru yağ- 3 x.q

Şəkər tozu- 2 xörək qaşığı

Duz- 2 x.q

Sirkə- 1/3 stəkan

Dəfnə yarpağı

Su- 1 litr

Hazırlanması:

Kələmi və yerkökünü nazik- nazik doğrayın (və ya sürtgəcin iri gözündən keçirin), sarımsağı təmizləyin. Bunları səliqə ilə bankaya və ya emallı qaba yığın və üzərinə duru yağı tökün. Qalan ərzaqları da qarışdırıb 5 dəqiqə qaynadın ,soyuyandan sonra kələmin üzərinə tökün, ağzını örtün. Turşumuz hazırdır.


f Paylaş25 sentyabr 2015 , Baxılıb: 8150


Həmçinin oxuyun

mp3 yukle
Mp3 yukle sayti