Kələm tutması

Kələm tutması
Ərzaqlar: Kələm tutması

10 kq kələm

4 ədəd qırmızı çuğundur

3 ədəd acı bibər

3-4 baş sarımsaq

1 dəstə kərəviz

1 dəstə şüyüd  (Əgər quru şüyüd başı və quru kərəviziniz

varsa ondan tökə bilərsiniz)

Quru reyhan

Duz

Hazırlanması:

Kələmi doğrayırıq.

Kələm tutması
Çuğunduru sürtgəcin böyük gözündən keçiririk.

Kələm tutması
Göyərtiləri doğrayırıq.

Kələm tutması
Sarımsağı qabığından təmizləyib yuyuruq. Acı bibəri yuyuruq.

Şüşə banka ya da tuj qazan götürürük. Əvvəl kələmdən tökürük sonra üstünə göyərtilər, reyhan qurusu, acı bibər və çəkilmiş çuğundur səpirik.

Kələm tutması
Eyni qayda ilə hamısını qat-qat yığırıq. Ya da istəsəniz böyük qabda hamısını qarışdırıb qaba yığa bilərsiniz.

Kələm tutması
Duzlu su düzəldirik 1 litrlik bankaya 3 x.q duz töküb qarışdırırıq. Sonra suyu kələmin üstünə tökürük. Bu şəkildə ağzından 3-4 barmaq aşağı olanadək duzlu su tökürük.

Tutma 2 həftəyə tutulacaq.

Kələm tutması
Nuş olsun!


f Paylaş1 noyabr 2013 , Baxılıb: 3631


Həmçinin oxuyun

mp3 yukle
Mp3 yukle sayti