Keysəriyyə doğuşunun bütün doğuşlara təsiri

Keysəriyyə doğuşunun bütün doğuşlara təsiri
Mütəxəssisin fikiri:

Əvvəllər, əgər qadın keysəriyyə yolu ilə doğum etmişsə, bundan sonra doğuracağı bütün körpələri eyni yolla doğurması lazım olduğu düşüncəsi vardı. Bu düşüncə dəyişmişdir. Bu gün keysəriyyə yolu ilə doğum etmiş qadınların çoxu hər hansı bir risk olmadığı müddətcə normal doğuma təşviq edilməkdədir. Əvvəldən keysəriyyə yolu ilə doğum etmiş qadınların əksəriyyəti normal doğum edə bilər. Körpənizin necə doğulacağına qərar verərkən sizin öz istəkləriniz və sağlamlığınızla əlaqədar bir çox faktor nəzərə alınacaq. Əvvəlki keysəriyyə səbəbi doğum kanalının darlığına bağlı idisə normal doğum yoxlamamaq lazımdır. Həkiminiz əvvəlki doğumunuzda hansı tip kəsik tətbiq olunduğunu təsbit etmək üçün sağlamlıq fayllarınızı araşdırmalı olacaq. İstifadə edilən kəsik tipinə görə, daha yüksək nisbətdə yara cırılması və ya açılması yaşaya bilərsiniz. Keysəriyyə yolu ilə doğumdan sonra, normal doğumun edilməsindəki ana və körpə üçün əsas risk budur. Keysəriyyə üçün edilən uşaqlıqdakı kəsik tipinə görə risk dəyişməkdədir. Eninə edilən kəsik irəlidəki normal bir doğumda minimum səviyyədə problemə gətirib çıxarar. Alçaq şaquli kəsik, rəhm divarının incə və alt bölgəsində yuxarıdan aşağıya doğru aparılır. Bu tip rəhm kəsiyindən sonra edilən normal doğumdakı risk açıqlıq qazanmamışdır. Əgər bu tip bir kəsik varsa, həkiminizlə seçiminizi müzakirə edin. Klassik (yüksək şaquli) kəsik, rəhmin üst qisimində yuxarıdan aşağıya doğru aparılır. Bir zamanlar, keysəriyyə yolu ilə doğumda ən tez-tez istifadə edilən kəsik idi. Təəssüf ki, bu tip bölmələr edildiyi köhnə bir keysəriyyədən sonra normal doğum əsnasında yara toxumasının cırılma ehtimalı yüksəkdir. Ciddi qanamalara gətirib çıxararaq körpə və ana üçün təhlükə meydana gətirə bilər. Bu vəziyyətdə normal doğum edilməsi təklif edilməz.


f Paylaş14 oktyabr 2014 , Baxılıb: 667


Həmçinin oxuyun

mp3 yukle
Mp3 yukle sayti