Kişini qadında cəlb edən və uzaqlaşdıran nədir?

Kişini qadında cəlb edən və uzaqlaşdıran nədir?İnsanlar bir-biri ilə tanış olur, sevir, amma ilk gecədən sonra anlayırlar ki, onlarda heç nə alınmayacaq. Çoxları bunu "seksual uyğunsuzluq" kimi qiymətləndirsələr də, ekspertlər iddia edirlər ki, intim yaxınlıq zamanı antipatiya yaranmasının səbəbi partyordan gələn qoxudur.

Əgər siz "öz" qoxunuzu hiss edirsinizsə, deməli "öz" adamınızı tapmısınız. Tibdə insan bədənindən gələn qoxunu feremonlar adlandırırlar.

Hər insanın barmaq izləri kimi özünəməxsus feromonları var. Feromonlar seçdiyiniz şəxsə gələcək partnyoru barədə - maddələr mübadiləsi, immun sistemi, hormonal fon haqda məlumatlar ötürür. İnsanlara feromonların tərkibini öyrənmək üçün heyvanlar kimi bir-birini iyləmək lazım deyil. Partnyorunuzun burnuna insanın intim qoxusunun cəmi səkkiz molekulunu tutmaq kifayət edir. Bu zaman beyinə "obyektin" cəlbediciliyi və yaxud ondan uzaqlaşmaq barədə siqnal ötürülür.

Möhkəm ailə ittifaqları ilə bağlanan insanlarda demək olar ki, tamamilə müxtəlif feromonlar mövcuddur. Alimlərin sözlərinə görə oxşar qoxuya sahib olan insanlarda oxşar maddələr mübadiləsi, eyni genotip və eyni immun sistemi müşahidə olunur ki, bu da çırlaşmaya gətirib çıxarır. "Təzə nəsil" əmələ gətirmək üçün genlərdə müxtəliflik olmalıdır. Valideyinlərin övladlarını "uyğun insanla" evləndirməsi barədə kifayət qədər faktlar var. Bunun nəticəsində həmin ailələrdə nöqsan və qüsurlü uşaqlar dünyaya gəlir.

Seksoloqlar iddia edirlər ki, müasir dünyada partnyorların tez-tez dəyişilməsi- istifadə olunan ətirlərin, deodorant və digər ətriyyat vasitələrinin, o cümlədən intim sahədə istifadə olunan ətirlərin istifadəsinin nəticəsidir.

Süni aromatizator insanı tez-tez çaşdırır və o, ayrıd edə bilmir ki, qarşısındakı partnyor onu cəlb edir, yoxsa öz qoxusu ilə onu uzaqlaşdırır. Kifayət qədər faktlar onu göstərir ki, insanlar belə faktorların nəticəsində tək qalır, çünki bu qədər qoxuların içərisində yalnız öz xoşuna gələn qoxunu tapmaqda çətinlik çəkir.

Amma siz xoşunuza gələn kişiyə qoxunuzu tutmaqda kömək edə bilərsiniz. Feromonlara görə öz yarınızı tapmaq istəyirsinizsə, bir neçə məsləhətə qulaq asmağınız kifayətdir.

Əks-cinsə marağın artdığı isti fəsillərdə, feromonların yayılmasının qarşısını alan cins və ya şalvar geyinməkdən imtina edin. Sarafanlara, don və ətəklərə üstünlük verin. Onların küləkdə dalğalanan ətəkləri qoxuları cəzbedici qadınlar axtarışında olan kişilərin burunlarına çatmasını təmin edəcək.

Ətriyyata heç vaxt aludə olmayın. Deodorant və ətirlərin qoxususu sizin təbii ətrinizi vurğulayarsa bu başqa məsələ, yox əgər aromat başınızın üstünü zəhərli bulud kimi əhatə edərsə, kişilər heç vaxt sizə nəzər yetirməz. Effektin artırılması üçün ətirli yağlardan və yaxud feromonlu ətirlərdən istifadə edin. Onları heyvanların və bitkilərin feromonları əsasında istehsal edirlər. Belə aromatlar sizin təbii qoxunuzu gücləndirir.

İntim gigiyena üçün olan aromatik vasitələrdən imtina edin. Kişilər üçün qadın bədəninin təbii qoxusundan xoş heç nə yoxdur. Əgər intim qoxuları maskalamaq istəyirsinizsə, yaxşı olar ki, genekoloqa müraciət edin. Əgər qoxusundan sizə uyğun olan kişini tapmısınızsa nənələrin məssləhətlərindən istifadə edin. Onun cibinə öz feromonlarınızı hopdurduğunuz yaylıq və ya salfetləri qoyun. Belə usul dərhal öz işini görəcək.


f Paylaş9 noyabr 2015 , Baxılıb: 2765


Həmçinin oxuyun

mp3 yukle
Mp3 yukle sayti