Kivi mürəbbəsi – ekzotik dad

Kivi mürəbbəsi – ekzotik dadMeyvələr yetişməyə başlayan kimi hər bir evdə qışa hazırlıq da başlayır, mürəbbələr, kompotlar bişirilir. Adətən, çiyələk, gilas, ərik, moruq mürəbbələri daha çox bişirilir. Biz isə ekzotik ləzzəti hiss etdirən kivi və banadan hazırlanmış mürəbbəni məsləhət görərdik. O yalnız dadlı alınmır, həm də qeyri-adi zümrüd rəngli alınır. Bu isə hazırlanma reseptidir:

Tərkibi:

• 5 kivi
• 1 banan
• 1 çay qaşığı jelatin
• 220 qr şəkər
• Yarım limon

Hazırlanması:

1. Kivi və bananı kiçik hissələrə doğrayın.
2. Doğranmış meyvələri azacıq əzin.
3. Sonra ona şəkər, jelatin və limon şirəsi əlavə edin.
4. Qarışığı odun üzərinə qoyub təxminən 7 dəqiqə bişirin.
5. Mürəbbəni bankalara boşaldın.

Belə ekzotik dad adi mürəbbələrə yaxşı alternativ olacaq. Həm də siz ilin bütün fəsillərində dadlı zümrüd rəngli desertdən ləzzət ala biləcəksiniz.


f Paylaş2 iyun 2015 , Baxılıb: 2025


Həmçinin oxuyun

mp3 yukle
Mp3 yukle sayti