Kolbasa ilə pendirli börək

Kolbasa ilə pendirli börək
Ərzaqlar: Kolbasa ilə pendirli börək

4 ədəd hazır yuxa
1 st süd
1/3 st bitki yağı (İstəsəniz əlavə olaraq 1-2 x.q ərinmiş kərə yağı da tökə bilərsiniz.)
2 yumurta (sarısı üzünə)
Küncüt

İç:

Kolbasa
Pendir

Hazırlanması:

Südü, yağı və yumurta ağını çalırıq.

Kolbasa ilə pendirli börək
Yuxanın birini sərib südlü qarışıqdan isladırıq.

Kolbasa ilə pendirli börək
İkinci yuxanı qoyuruq. Onu da südlü qarışıqla isladırıq.

Kolbasa ilə pendirli börək
İslanmış yuxanı səkkiz hissəyə bölürük. Pendir ilə kolbasanı  yuxanın enlı tərəfinə düzürük.

Kolbasa ilə pendirli börək
Enli tərəfdən başlayaraq yuxanın yanlarını içəri verib rulon kimi bükürük. Qaba kağız sərib, börəkləri yığırıq. Üstünə yumurta çəkib, küncüt səpirik.

Kolbasa ilə pendirli börək
220 dərəcədə qızdırılmış sobada üzü qızaranadək bişiririk.

Kolbasa ilə pendirli börək
Qalan iki yuxanı da eyni qayda ilə düzəldirik.

Kolbasa ilə pendirli börək
Nuş olsun!


f Paylaş7 oktyabr 2013 , Baxılıb: 2171


Həmçinin oxuyun

mp3 yukle
Mp3 yukle sayti