Kolbasalı pizza

Kolbasalı pizza
Ərzaqlar:Kolbasalı pizza

Xəmir üçün:

3,5 st un

200 q xama

50 qr kərə yağı

2 ədəd yumurta

1 x.q şəkər tozu

1/2 ç.q duz

Üstü üçün:

300 q kolbasaKolbasalı pizza
200-250 q pendir

3 x.q mayonez

3 x.q ketcap

3 ədəd pomidor

3 ədəd şirin bibər

Duz

Hazırlanması:

Xəmiri hazırlamaq üçün bax. Mayasız pizza xəmiri

Üstü üçün ərzaqları hazırlayaq. Pomidoru yuyub iki yerə bölüb nazik doğrayırıq.

Kolbasalı pizza
Bibərin içini təmizləyib, yuyub, nazik uzun doğrayırıq.

Kolbasalı pizza
Pendiri sürtgəcin böyük gözündən keçiririk.

Kolbasalı pizza
Kolbasanı halqa-halqa doğrayırıq.

Kolbasalı pizza
Tavaya yağ çəkib kündəni qoyub əlimiz ilə yayırıq.

Kolbasalı pizza
Üzünə 1 x.q mayonez və 1 x.q ketçap yayırıq.

Kolbasalı pizza
Kolbasaları iki bölüb istədiyimiz kimi düzürük. Bibərləri də düzürük.

Kolbasalı pizza
Doğranmış pomidoru da düzürük və duz səpirik.

Kolbasalı pizza
Üstünə rəndələnmiş pendiri səpirik.

Kolbasalı pizza
220 dərəcə qızdırılmış sobada 15-20 dəqiqəyə bişiririk.

Kolbasalı pizza
Nuş olsun!


f Paylaş7 oktyabr 2013 , Baxılıb: 2901


Həmçinin oxuyun

mp3 yukle
Mp3 yukle sayti