Kremdən yanlış istifadə etdi, görün nə günə düşdü - FOTO

Kremdən yanlış istifadə etdi, görün nə günə düşdü - FOTOAbi Shenton adlı qadın kosmetik vasitədən yanlış istifadə etdiyinə görə dərisinin rəngi çəhrayı rəngə çevrilib.

O, kremdən istifadə etdikdən sonra görünüşündə mənfi əlamətlər hiss edir və məhsulunu aldığı kosmetik firmanın twitter səhifəsinə belə bir twit atır: "Sizin firmanın kosmetik vasitələrindən istifadə edən zaman insanın dərisi çəhrayı rəngə çevrilirmi?"

Firma isə "Həmin vasitədən istifadə edərkən üzərindəki istifadə qaydalarına əməl etdinizmi? Klinikaya yaxınlaşın, əməkdaşlarımız sizinlə maraqlanacaq" yazılı twit atır. Sonra isə Abinin kosmetik vasitədən yanlış istifadə etdiyi məlum olur. Gənc qız xəstəxanadan çıxdıqdan sonra belə bir status paylaşır:

"Bu vasitə köpük vannası üçün deyilmiş. Doğru qaydalara əməl etmək üçün onu su ilə həll edib bədənə vurmaq lazım imiş. Amma mən onu sabun zənn etdim və bütün bədənimə çəkdim. Saçlarımın niyə quru və cod olduğu indi mənə məlumdur. 3 gün keçdikdən və müxtəlif vannalar qəbul etdikdən sonra artıq çəhrayı deyiləm. Xəstəxanda mənə limon suyu, zeytun yağı və üz yuyan geldən ibarət qarışıqla bədənimi yumağı məsləhət gördülər. Səhv məndə olub, məhsuldan istifadə qaydasını oxumamışam".

Kremdən yanlış istifadə etdi, görün nə günə düşdü - FOTO


f Paylaş27 yanvar 2016 , Baxılıb: 1175


Həmçinin oxuyun

mp3 yukle
Mp3 yukle sayti