Limonu xarab olmadan uzun müddət saxlamağın - Yolları

Limonu xarab olmadan uzun müddət saxlamağın - YollarıLimonu xarab olmadan günlərlə, hətta həftələrlə saxlamağın yolları

- Artıq olan, istifadə etmədiyiniz limonları buzxanaya qoyun. Beləliklə, həmişə əlinizin altında təzə limon olacaqdır. Lazım olduqda həmin limonları buzxanadan götürüb sıxaraq istifadə edə bilərsiniz.

- Limonun qabığındakı C vitamini içindəkinə nəzərən daha çoxdur və bunun üçün də onu qabığıyla birgə rəndələmək daha faydalı olar. Qabığının qurumaması üçün bir bütün limonu yaxşıca yuyun, soyuducu torbasına qoyub buzxanaya yerləşdirin.

- Limonu bir-iki həftə xarab olmadan saxlamaq üçün başqa bir üsul da onu su ilə dolu bir qabın içində saxlamaqdır. Hər gün bu suyu dəyişdirərək ən az 2 həftə saxlaya bilərsiniz.

- Kəsilmiş və yarısı istifadə edilmiş limonu uzun müddət xarab olmadan saxlamaq üçün isə kəsilmiş tərəfinə qənd sürtün və bu hissəsi aşağıda olmaqla bir qaba qoyub soyuducuya yerləşdirin. Bu üsulla da limonun ən az 2 həftə xarab olmadan ilk günki kimi təzə qaldığını görəcəksiniz.


f Paylaş24 dekabr 2016 , Baxılıb: 199


Həmçinin oxuyun

mp3 yukle
Mp3 yukle sayti