Manikür etdirərkən əlləri suda saxlamayın! ÇÜNKİ...

Manikür etdirərkən əlləri suda saxlamayın! ÇÜNKİ...Hər bir qadın manikürünün uzun müddət qalmasını istəyir. Mütəxəssislər isə manikür edərkən dırnaqların suda çox saxlanmasının daha çox çatlamasına səbəb olduğunu deyir.

Aile.lent.az-ın məlumatına görə, məşhur gözəllik mütəxəssisi Çelsa Kinq dırnaqları suda çox saxlamağın yanlış bir addım olduğunu dilə gətirib.
Belə ki, dırnaqları suda saxlayarkən dırnaqlar genişlənir. Ardından da dırnaq boyası çəkəndə dırnaq əvvəlki ölçüsünə qayıdan zaman boyanın çatlaması problemi olur.
Çelsa Kinqin fikrinə görə, manikür edərkən dırnaqları suda saxlamasınız, manikür 47% nisbətində daha uzunömürlü olacaq.
Manikürü özünüz edirsinizsə, çimdikdən sonra 1 saat gözləyin, sonra edin. Dırnaqları suda saxlamaq yerinə manikür yağından (cuticle oil) istifadə edin. Bu, həm dırnaqları nəmləndirir, həm də ölü dəridən təmizləyir.


f Paylaş19 oktyabr 2016 , Baxılıb: 424


Həmçinin oxuyun

mp3 yukle
Mp3 yukle sayti