Meyvəli desert

Meyvəli desertTərkibi:

Orta ölçülü armud;
Boyük narıngi (qabığı və pərdəsi soyulmuş);
Böyük alma;
Təmizlənmiş banan;
Quru peçenye – 1-2 ədəd;
Adi qaymaqlı plombir – 1 ədəd;
Qatılaşdırılmış süd – 1 dolu xörək qaşığı;
Yağsız xama– 1 dolu xörək qaşığı.

Hazırlanması:

Meyvələr xırda döğranılır, peçenye əl ilə xırda hissələrə qırılır,dondurma ilə qarışdırılır. Qatılaşdırılmış süd və xama ayrı qaba tökülərək qarışdırılır. Hündür olmayan enli stəkanlarda desert şağaıdakı qaydada hazırlanır:
Alma və dondurmadan olan qat
Banan
Dondurma
Armud,
Dondurma
Narıngi
Daha sonra xama və qatılaşdırılmış süd qarışığı əlavə edilərək 20 dəqiqə soyuducunun buz kamerasında saxlanılır.


f Paylaş19 may 2015 , Baxılıb: 1095


Həmçinin oxuyun

mp3 yukle
Mp3 yukle sayti