Niyə görə bəy gəlini evinə qollarında aparır?

Niyə görə bəy gəlini evinə qollarında aparır?Toy gecəsi bəy gəlini qolları üstə evə daxil edir. Günümüzə qədər davam edən bu adətin qəribə tarixçəsi var. Xristian aləmində toy gecəsi bəyin gəlini qolları üstdə evə aparması qədim inanclara əsaslanır. Beləki , keçmişdə evdə qulyabanı və damdabacanın olduğuna inanardılar. İnanca görə onlar evə yad adam gəlməsindən qəzəblə bilərdilər. Bəy belə etməklə gəlini təzə doğulmuş uşaq kimi evə daxil edir və bununla da öz təsəvvüründə qulyabanıları aldatmış olur.
Digər əfsanəyə görə Roma Romul adlı bir nəfər tərəfindən salınıb. Əbədi şəhərin yaradıcısı bayram təşkil edir və qonsuluqdakı sabian qəsəbəsinin sakinlərini bayrama dəvət edir. Bayram zamanı romalılar silahsız qonaqların qadınlarını qucaqlarına alaraq oğurlayırlar.
Buna görə də gəlinin evin kandarına qucaqda gətirilməsi adəti onların güclə qaçırılması ilə bağlıdır.
Dünyanın bəzi xalqların adətlərinə görə isə gəlin evə gələcək əri ilə birgə sərbəst şəkildə gəlir. Bu isə onun öz arzusu ilə bəylə bir yerdə yaşamaq istəməsinə işarədir.

Nəyə görə gəlin evin astanasına toxuna bilməz?

İnanclara görə evin astanası paralel dünyaya bir qapıdır. Ona görə bir çox xalqların inancına görə evin kandarında durmaq və ya oturmaq olmaz. Həm də əvvəllər dünyadan köçmüş qohumları evin girişində dəfn edirdilər ki, onların ruhları həyatda olan insanları qorusun. Hesab olunurdu ki, gəlin evə girərkən şər ruhları və ya əcdadların ruhlarını narahat edə bilər. Buna sübut olaraq provaslavlar hər qapının üstünə müqəddəs xaç şəkli çəkirlər.

Şərqi Afrika

Şərqi Afrikanın bir sıra qəbilələrində bəy gəlini qolları üstündə daşımır. Gəlin özü evə astaca, ancaq arxayınlıqla daxil olur.İçəri daxil olan kimi əri ona alaqtəmizləyən və yaxud kənd təsərrüfatı üçün digər alətlər verir. Birinci addımdan sonra gəlin paltar hədiyyə alır. İçəri daxil olandan sonra isə dayanır və ərindən hədiyyə olaraq bəzək əşyaları gözləyir.

Yunanıstan

Yunan ailəsi isə bəyi o qədər qoruyur ki, gəlini özləri gətirib evə qoyurlar. Onlar inanırlar ki, əgər gəlin qapının astanasına toxunsa bədbəxtlik baş verəcək, ailə həyatı isə alınmayacaq.

Çin

Gəlin bəyin evinə gedərkən onu evə bəyin qohumlarından olan yaşlı qadın daxil edir. Evin girişində sirkə ilə isladılmış bıçaq qoyulur. Çinin bəzi vilayətlərində bu adət dəyişdirilib.

Fələstin

Bəy gəlini qucağında elə gətirir ki, onun nəinki ayağı, hətta paltarının ətəyi belə evin kandarına dəyməsin. Bu yeni evlilər üçün pis əlamət sayılır.

İsveçrə

Bəyin yaxınlarından olan yaşlı qadın gəlini girişdə qarşılayır və xoşbəxtlik və nəslin davamı əlaməti olaraq onun üzərinə buğdalar atır. Bundan sonra bəy gəlini qollarında evə daxil edir.


f Paylaş24 fevral 2015 , Baxılıb: 453


Həmçinin oxuyun

mp3 yukle
Mp3 yukle sayti