Nura Suri yaşadığı zorakılığdan danışıb - təcavüzə məruz qalıb-VİDEO

Nura Suri yaşadığı zorakılığdan danışıb - təcavüzə məruz qalıb-VİDEOMüğənni Nura Suri ARB telekanalının qonağı olub.

Qadınsaytı.az xəbər verir ki, sənətçi keçmiş həyat yoldaşının onun döydüyünü və fiziki güc tətbiq etdiyini bildirib:

"10 ilə yaxın məhkəmələrdə olmuşam. Özləri barışıq sazişi bağladılar. Uşaqlar üçün də nə lazımdı ediblər. Mən ondan heç nə istəmirdim. O, məndən istəyib. Tutaq ki, ayrılandan sonra mənim haradasa şəklim çıxırdı, gedib məni məhkəməyə verirdi. Deyir ki, Nura mənim həyat yoldaşım olub. Onun internetdə bu kimi şəkilləri var. Mənim rahat olmağımı, ailə qurmağımı istəmirdi. Halbuki, ayrılmışıq. Mənim sonradan ailə qurmağım ona pis təsir etdi. Əvvəl gəlib gedirdi. Hətta, məhkəmə işi gedən zaman belə uşaqlarının yanına gedib-gəlirdi. Uşaqlara nəsə lazım olanda alıb göndərirdi.

O ki, mən Davidin atası ilə ailə qurdum, mənə düşmən kəsildi. Həmin gündən bizim qara günümüz başladı. Yatıb-durub məni məhkəməyə verirdi. Nəfsin saldı, qurduğum ailə də dağıldı. Nə özü evləndi, nə də məni qoydu ki, normal ailə qurum. Mən bilsəm ki, bu insanda nəyisə dəyişə biləcəm, ailəmi dağıtmazdım. Biz bir neçə dəfə ayrılıb sonra barışmışıq. Pis adam deyildi, həmişə nə istəmişəm olub. Mənə korluq verməyib. Hər şey ilə təmin edib. Sadəcə olaraq əsəbi insan idi. Boksla məşğul olub deyə, vuran əli var idi. Hər dəfə səhv edirdi. Sonra gedib Qurana əl basırdı ki, bir də etməyəcəyəm. Bu saysız təkrarlanırdı. Heç nə dəyişmirdi. Məni vururdu, fiziki təcavüz olurdu".

Qeyd edək ki, Nura Suri 3 dəfə ailəli olub və ifaçının 3 oğlan övladı var.


f Paylaş12 yanvar 2017 , Baxılıb: 484


Həmçinin oxuyun

mp3 yukle
Mp3 yukle sayti