O da sənin anandır!

O da sənin anandır!
İllər uzunu bir-birinizin həsrəti ilə yaşadınız, sevgi məktubları, mesajlar yazdınız… qaynana gəlin.Qovuşacağınız günü gözləyə-gözləyə bir gün bu ayrılığa sən də "əlvida" dedin, gəlin köçdün sevdiyinin evinə. İndi bir özünsən, həyat yoldaşındır, bir də qaynanan. O səni öz balasıtək əzizləyir, heç övladından ayırmır. Şübhəsiz, bu nəvazişin qarşılığını sən də xoş rəftarınla ödəməliydin. Lakin...

Hərdən rəfiqələrin yanına gəlir, söhbət söhbəti çəkir. Qaynanandan söz düşəndə indi ağzını büzürsən: "bütün günü əsəbimlə oynayır: onu elə eləmə, bunu belə eləmə..." deyə söylənirsən. Halbuki, qapınıza gəlib razılığını aldığı gün sevincdən ağlamışdı qaynanan. Səni evinə gətirəndə oğlundan az sevinmirdi. Elə indi də: "qızım" deyə çağırır səni. Amma sənsə, ayağını bir başmağa dirəyib ağbirçək vaxtında ixtiyar qocanı övladından, nəvəsindən ayırmağa can atırsan. Bir gün sən də qocalacaqsan, bir gün sən də oğul evləndirib qayınana olacaqsan. Fikirləş, yaxşı-yaxşı götür-qoy et, sabahını düşün: sevdiyin insanın anasını anan kimi qəbul et


f Paylaş25 oktyabr 2013 , Baxılıb: 505


Həmçinin oxuyun

mp3 yukle
Mp3 yukle sayti