Keks qablarına yumurta və pendir tökdü, əla omlet bişirdi - VİDEO

Səhər yeməyi üçün omlet ən uyğun yeməklərdən biridir. Bəs tava kiçikdirsə və hazırladığımız omlet ailə üzvlərimiz üçün azlıq edəcəksə, onda nə edək?

Belə halda keks üçün qablar köməyimizə gələcək. Omlet hazırlamaq üçün yumurta, bir qədər süd, prendir, doğranmış və qızardılmış soğan, ət, kolbasa və ya zövqünüzə uyğun istədiyiniz ərzaqlar lazım gəlir.

Beləliklə, formaları yağlayırıq, hazır məhsulu bərabər şəkildə onun içərisinə tökürük. Sonra başqa bir qaba yumurtaları sındırıb, üzərinə ədviyyatlı süd tökürük və onları qarışdırırıq. Keks qablarına bir qədər də pendir əlavə edib, üzərinə yumurta tökürük. Hazır olana qədər bişiririk. Omletin bütün hazırlanma prosesini aşağıdakı videoçarxdan izləyə bilərsiniz.


f Paylaş25 noyabr 2015 , Baxılıb: 543


Həmçinin oxuyun

mp3 yukle
Mp3 yukle sayti