O sadəcə yumurta və çörəyi fincanda qarışdırdı - VİDEO

Bir neçə dəqiqəyə dadlı və faydalı səhər yeməyi hazırlaya bilərsiniz. Omlet- piroq çox sadə məmulatlar və az əmək tələb edir.

Lazım olan ərzaqlar:

• süd – 2-3 x. q;

• kərə yağı – 1-2 ç. q;

• yumurta – 1-2 ədəd.;

• sərt pendir – 20-30qr;

• duz, xırdalanmış istiot (zövqə görə);

• çörək (baton) – 1 dili;

• tərəvəz və göyərtilər(pomidor, bolqar bibəri, şüyüd, cəfəri, kahı yarpağı).

• Istəyinizə uyğun olaraq ətdən istifadə edin.

Hazırlanması:

1. Fincanda ərinmiş kərə yağına yumurtanı çırpıb, süd əlavə edin. Kütləni mikser və ya çəngəllə qarışdırın. Duz, istiot, göyərti, sürtkəcdən keçirilmiş pendir, doğranmış tərəvəz və ət əlavə edin.

2. Bir parça çörəyi xırda-xırda doğrayın və fincana əlavə edin. Çörəyə görə bizim priqumuz formasını əla saxlayır.

3. Alınmış kütlə mikrodalğalı sobada 4-6 dəqiqə bişirin.

4. Piroq şişirdiyiniz fincanı boşqabın üzərində tərsinə çevirin. Yemək formasını saxlayaraq fincandan rahatlıqla ayrılacaq.

Faydalı və dadlı səhər yeməyi heç bir xüsusi zəhmət tələb etmədən hazırlandı. Nuş olsun!


f Paylaş6 noyabr 2015 , Baxılıb: 976


Həmçinin oxuyun

mp3 yukle
Mp3 yukle sayti