Oruc tutarkən cinsi əlaqə haramdırmı?

Oruc tutarkən cinsi əlaqə haramdırmı?
Ramazan ayında cinsi əlaqənin hansı hallarda orucu pozduğunu, hansı hallarda isə bunun mümkün olduğu barədə Qafqaz Müsəlmanları İdarəsindən münasibət öyrənilib.

Ramazan ayında orucu doqquz şey batil edir ki, onların sırasında cinsi əlaqə də mövcuddur.

QMİ-nin açıqlamasına görə, orucu batil edən şeylər aşağıdakılardır:

1. Yemək və içmək.
2. Cima (cinsi yaxınlıq)
3. İstimna (özündən məni xaric etmə)
4. Allahın, peyğəmbərin və peyğəmbər canişinlərinin adından yalan danışmaq
5. Hülqümə qatı toz və tüstünün yetişməsi
6. Başı bütövlüklə suya batırmaq
7. Sübh azanınadək boyundakı cənabət, heyz, nifas qüslünün verilməməsi
8. Axıcı şeylərlə imalə etmək
9. Qusmaq.

İdarədən verilən məlumatda bildirilir ki, Ramazan ayında cinsi əlaqədə olmaqla bağlı Qurani-Kərimin əl-Bəqərə surəsində qeyd olunur: "əl-Bəqərə surəsinin (187)-ci ayəsində Allah-Təala buyurur: "Oruc gecəsi qadınlarınızla yaxınlıq etmək sizə halal edildi. Onlar sizin üçün libasdırlar və siz onlar üçün libassınız (hər biriniz digərinin zinəti, eyiblərini örtən və onu günahdan qoruyansınız). Allah sizin (oruc gecəsi cinsi əlaqənin haram olması barəsində) özünüzə xəyanət etdiyinizi bilirdi. Buna görə də, nəzərini sizə yönəltdi və siz(in təqsiriniz)dən keçdi. Odur ki, indi onlarla yaxınlıq edin (edə bilərsiniz) və Allahın (bu əmələ görə) sizin üçün müəyyənləşdirdiyi (savabı, haramdan çəkinmək və saleh övlad kimi) şey(lər)i istəyin. (Oruc gecələri icazə verilir ki,) sübhün ağ sapı (gecənin) qara sap(ın)dan sizin üçün seçilənədək yeyin və için, sonra orucu gecəyə qədər tamamlayın.
Gündüzləri sübhdən şama qədər olan müddətdə qadınlarınızla yaxınlıq etmək haramdır.
Bu ayəyi-şərifdə göründüyü kimi Oruc gecəsi qadınlarınızla yaxınlıq etmək sizə halal edildi".

QMİ-nin açıqlamasında o da bildirilir ki, əgər oruclu şəxs cinsi əlaqədə bilərəkdən olarsa (və ya cinsi istəyini hansısa yolla təmin etsə), orucu pozulur və boynuna həmən günün orucunun qəzasıyla yanaşı, kəffarə də gəlir: "Yəni bir gün qanunu pozduğuna görə ya iki ay oruc tutmalı, ya altmış fəqirə bir dəfə yemək verməli, ya da bir qul azad etməlidir. Bunlardan birini seçməkdə ixtiyar sahibidir".


f Paylaş3 iyul 2014 , Baxılıb: 1126


Həmçinin oxuyun

mp3 yukle
Mp3 yukle sayti