Pryanik tortu+RESEPT

Pryanik tortu+RESEPTTərkibi:

600 q şokoladlı pryanik

600 q 20-30%-li xama

100 q şəkər pudrası

2 banan

qoz

kokos yonqarı

şokolad

Pryanikləri uzununa iki yerə bölün. Bananları fal-fal doğrayın. Xamanı şəkər pudrası ilə qarışdırın. Qozu bıçaqla doğrayın (çox xırda olmasın).

Dərin yumru qabın içinə qida plyonkası çəkin, qıraqları sallansın.

Pryanik parçalarını xamaya batırıb qabın dibinə yığın. Aralarındakı boşluqları pryanik qırıqları ilə doldurun.

Üzərinə bir lay banan döşəyin.

Növbəti lay yenə xamaya batırılmış pryaniklərdir.

Yenidən banan döşəyib üzərinə qoz səpin.

Sonuncu lay yenə xamaya batırılmış pryaniklərdir.

Layların sayı çox da ola bilər, hər şey ərzaqdan və formanın ölçüsündən asılıdır.

Başqa meyvə də götürə bilərsiniz. Həmçinin qozu hər layın üzərinə səpə, yaxud ümumiyyətlə qoz işlətməyə bilərsiniz.

Tortu otaq temperaturunda bir neçə saat saxlayın, sonra isə soyuducuda ən azı 3 saat soyudun.

Boşqaba tərs çevirib plyonkanı çıxarın.

Süfrəyə verərkən üzərinə şokoladı sürtgəcdən keçirə, sadəcə kakao səpə, şokoladı əridib çəkə, yaxud da kokos yonqarı ilə bəzəyə bilərsiniz.

Nuş olsun!


f Paylaş6 iyul 2016 , Baxılıb: 1371


Həmçinin oxuyun

mp3 yukle
Mp3 yukle sayti