Qadınlar bu dəfə vaginal estetika etdirməyi düşünür

Qadınlar bu dəfə vaginal estetika etdirməyi düşünürHormonal problemlər, menopoz, hamiləlik, doğum kimi bir çox dövrlər qadınlara və cinsi orqanlara birbaşa təsir edir. Bu vəziyyət hər 3 qadından birində mövcud olmasına baxmayaraq onlar genital problemlərlə əlaqədar danışmaqdan çəkinirlər.

Daxili və xarici genital bölgənin estetik və funksional problemləri qadınları maraqlandıran problemlərdəndir.

Vagina genişliyi, vaginal quruluq, sidik qaçırma problemləri səbəbiylə danışmaqdan yayınırlar. Utanmağa ehtiyac yoxdur! Bədənin bütün bölgələri kimi genital bölgədəki narahatlıqlar da çox normaldır və müalicə edilməsi lazımdır.

Vaginoplasti nədir?
Vaginal bölgəyə edilən daraltma əməliyyatının adı "vaginoplasti"dir.

Əməliyyatsız vaginal yeniləmə mümkündürmü?

Bu nöqtədə fraksiya karbodioksid lazerdən istifadə edərək vaginal daralma və yenilənmə təmin edilir. Vaginal yeniləmə sisteminin adı "Femirenew"dır. Femirenew ilə tamamilə ağrısız, acısız, hər hansı bir kəsik edilmədən 15 dəqiqə ərzində bir əməliyyat ilə vaginal yenilənməni həyata keçirir. Vaginoplasti əməliyyatında vaginanın yalnız müəyyən bir qisiminə müdaxilə etmək mümkündür, amma Femirenew ilə vaginal kanal boyunca əməliyyatı davam etdirmək olar.

Bu əməliyyatdan sonra vaginal kanal daha da daralır, gülmə, asqırma, öskürmə kimi qarın təzyiqini artıran hərəkətlər əsnasında sidik qaçırma problemi də aradan qaldırılır.

Menapoza sonrası yaşanan vaginal quruluq şikayətini də bu sistem ilə həll etmək mümkündür.

Femirenew xarici genital bölgə estetikasında istifadə edilə bilərmi?
Femirenew sistemində istifadə edilən karbon lazer texnologiyası ilə xarici genital bölgəsində meydana gələn tündləşmə problemini da həll etmək mümkündür. Bu sayədə bu bölgənin rəngi bir neçə ton açıla bilir.

Xarici genital bölgə estetikasında əhəmiyyətli olan daxili dodaq böyüklüyü, sallanması və buna bağlı olaraq genital gigiyenanın tam olaraq təmin edilə bilməməsi və sidik yolu infeksiyalarını müalicə edir.

Labioplasti adı verilən bu əməliyyat ən çox tətbiq olunan cərrahiyyə prosedurlarından biridir. Əməliyyatdan sonra yalnız xüsusi bir kremlə genital təmizlik həyata keçirilir.


f Paylaş4 fevral 2016 , Baxılıb: 5318


Həmçinin oxuyun

mp3 yukle
Mp3 yukle sayti