Qafqazlılar və ruslar bu toyu əsl şouya çevirdilər - VİDEO

Qafqazlılar və ruslar bu toyu əsl şouya çevirdilər - VİDEOBu toy rəqs meydançasına bənzəyib.

Rusiyalı cütlüyün toyunda rəqqaslar əsl şou göstərib. Krasnoyarskda Qafqazdan olan Ruslan və Sibirdən olan Anastasiya öz toylarına yaxın dostlarını da dəvət ediblər.
Hər şey adi qaydada başlasa da, qısa müddətdən sonra qafqazlılar məclis əhlinə öz məharətlərini göstəriblər. "ASA STYLE" qrupunun cigitlər rəqsi qonaqları heyran edib. Gəlinin "YUDİ" qrupunun üzvləri olan rusiyalı rəqqas dostları da onlardan geri qalmayıb.

Hər iki tərəfdən olan qonaqlar sanki dostluq rəqs marafonu keçiriblər. Qafqazlıların rəqsindən sonra, rusiyalı gənclər brek dans stilində rəqs ediblər.
Qeyd edək ki, "YUDİ" - Yuri, Denis və İqor adlı gənclərdən ibarət rəqs qrupudur. Gənclər uşaq yaşlarından Van Damme və Maykl Ceksona bənzəmək niyyətində olublar.
"ASA STYLE" isə Şimali Qafqaz İncəsənət İnstitutunun xoreoqrafiya fakültəsinin tələbələrinin yaratdığı qrupdur.


f Paylaş16 dekabr 2015 , Baxılıb: 463


Həmçinin oxuyun

mp3 yukle
Mp3 yukle sayti