Qiyməli gül börək

Qiyməli gül börək
Ərzaqlar:Qiyməli gül börək

2 ədəd hazır yuxa

1/2 st süd

1/3 st bitki yağı (İstəsəniz əlavə olaraq 1-2 x.q ərinmiş kərə yağı da tökə bilərsiniz.)

1 ədəd yumurta (sarısı üzünə)

Çörək otu

İç üçün:

500 q qiymə – Bax. Qiymənin hazırlanması

Hazırlanması:

Südü, yağı və yumurta ağını çalırıq.

Qiyməli gül börək
Yuxanın birini sərib südlü qarışıqdan isladırıq.

Qiyməli gül börək
İkinci yuxanı qoyuruq. Onu da südlü qarışıqla isladırıq.

Qiyməli gül börək
İslanmış yuxanı dörd hissəyə bölürük.

Qiyməli gül börək
Qiyməni yuxanın enli tərəfinə tökürük.

Qiyməli gül börək
Enli tərəfdən başlayaraq yuxanı rulon kimi bükürük.

Qiyməli gül börək
Qiyməli gül börək
Bükülmüş rulonu bir tərəfdən başlayaraq fırlada-fırlada gül formasında bükürük.

Qiyməli gül börək
Qiyməli gül börək
Qaba kağız sərib börəkləri yığırıq.

Qiyməli gül börək
Üstünə yumurta çəkib çörək otu səpirik

Qiyməli gül börək
220 dərəcədə qızdırılmış sobada üzü qızaranadək bişiririk.

Qiyməli gül börək
Nuş olsun!


f Paylaş7 oktyabr 2013 , Baxılıb: 787


mp3 yukle
Mp3 yukle sayti