Siz evdə hazırladığınız bu asan spreylə kifləri həmişəlik unudacaqsınız!

Siz evdə hazırladığınız bu asan spreylə kifləri həmişəlik unudacaqsınız!Siz bu evdə asanlıqla hazırladığınız spreylə kif barədə həmişəlik unudacaqsınız!
Evdə əmələ gələn kif estetik problemlər yaradır - qaralmış divarlar, tavan, kif iyi.

Lakin bu əsas problem deyil. Ən əsası budur ki, kif insanın sağlamlığına ciddi ziyan vurur.
Kif göbələklər tərəfindən əmələ gətirilir. Bu göbələk "kif göbələyi" adlandırılır. Kif göbələyi gün ərzində milyardlarla sporlar (mikroskopik hissəciklər) havaya buraxır. Sporlar dəriyə, nəfəsalma zamanı ağ ciyərlərə, qida qəbulu zamanı həzm sisteminə və s. düşür. Beləliklə, kif göbələyi bütün insanın orqanizm boyu yayılır və insanda "mikoz" (göbələk xəstəliyi) inkişaf edir.
Əgər insan uzun müddət ərzində kiflə təmasda olarsa, bu onun orqanizmində müxtəlif və çox ciddi pozulmalara səbəb ola bilər:
- Dəri xəstəlikləri
- Nəfəsalma sistemi xəstəlikləri ("səbəbsiz" öskürək, zökəm, sinusitlər, hətta astma və pnevmoniya kimi ağır xəstəliklər)
- Dayaq-hərəki apparatı xəstəlikləri (oynaq xəstəlikləri və s.)
- "Səbəbsiz" baş ağrıları, ürəkbulanması, başgicəllənməsi
- Qara ciyər və böyrək xəstəlikləri
- Onkoloji xəstəliklər.
İmmun sistemi zəif olan yaşlı insanlar və uşaqlar üçün kif xüsusilə təhlükəlidir.
Qadinsayti.az bu xoşagəlməz problemin həlli üçün çox effektiv vasitə təqdim edir!

Sizə lazım olacaq:

Pulverizator

Çay ağacı yağı 2 çay qaşığı

2 stəkan su

Tətbiqi:

Siz və çay ağacı yağını qarışdırın, pulverizatora tökün. Bu möhtəşəm spreyi kif olan sahələrə püskürdün bə tam qurumasını gözləyin. Quruduqdan sonra təmiz quru dəsmalın köməyi ilə kifi təmizləyin.

Nəticə sizi təəccübləndirəcək! Kifdən əsər-əlamət belə qalmayacaq, bundan əlavə kiflənmənin belə qarşısı alınacaq!SaqlamHeyat.az


f Paylaş30 avqust 2016 , Baxılıb: 2961


Həmçinin oxuyun

mp3 yukle
Mp3 yukle sayti