Soğan şorabası - sürətli resept

Soğan şorabası - sürətli reseptDuza qoyulmuş soğan çox dadlı olur, müxtəlif salatlarda (vineqret, kələm turşusu və s.), kabablarda, göbələk xörəklərində istifadə edilir.Turşa-şirin dadı var, acı deyil.

Tərkibi:

2 – 3 iri soğan (ağ və qırmızı soğanlar ayrıca duza qoyulur)

1 stəkan soyuq su (qaynadılmış)

4 xörək qaşığı sirkə 9%

1 xörək qaşığı şəkər

1 çay qaşığı duz

Hazırlanması:

Soğan halqalar şəklində doğranılır.

Şoraba üçün: şəkər, duz, sirkə, su qarışdırılır, soğan əlavə edilir.
20 dəqiqə saxlanılır. Şoraba hazırdır. Onu təyinatı üzrə istifadə edə bilərsiniz.

Nuş olsun!!!


f Paylaş11 mart 2015 , Baxılıb: 1466


Həmçinin oxuyun

mp3 yukle
Mp3 yukle sayti