Şokolad və vişnəli "Panço" tortunu belə hazırlayın - FOTOLAR

Şokolad və vişnəli "Panço" tortunu belə hazırlayın - FOTOLARBu dəfə sizə "Panço" tortunun reseptini verəcəyik.

Tərkibi:
Xəmir üçün:

5 yumurta
200 qram şəkər tozu
200 qram smetan (10-20 %)
20 qram kakao
2 çay qaşığı qabartma tozu
200-250 qram un

Krem üçün:
700 qram smetan (10-20 %)
150 qram şəkər tozu
300 qram vişnə
100 qram badam

Hazırlanması:
Xəmiri hazırlayırıq: Yumurtaları şəkər tozu ilə birlikdə mikserlə çalın. Smetanı əlavə edib qarışdırın. Qabartma tozu ilə unu əlavə edib qarışdırın. Xəmiri iki yerə ayırın.

Bir hissəyə kakao əlavə edib qarışdırın.Kakaolu xəmiri 180 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə bişirin.

Ağ xəmiri isə 180 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə bişirin. Ağ xəmirin bir hissəsindən bişdikdən sonra onu xırda hissələrə parçalayın. Kakaolu xəmiri də xırda kubiklər formasında parçalara ayırın.

Krem hazırlayaq: Vişnələri iki hissəyə ayırın. Badamları əzin. Smetanı şəkər tozu ilə qarışdırın. Badamı əlavə edib qarışdırın. Sonra isə tumu çıxarılmış vişnələri əlavə edib qarışdırın.

Ağ xəmirin üzərinə bu qarışığı tökün, 7-8 saat soyuducuda saxlayın. Tortun üzərinə əridilmiş şokolad da tökə bilərsiniz. Nuş olsun!
Şokolad və vişnəli "Panço" tortunu belə hazırlayın - FOTOLARŞokolad və vişnəli "Panço" tortunu belə hazırlayın - FOTOLARŞokolad və vişnəli "Panço" tortunu belə hazırlayın - FOTOLARŞokolad və vişnəli "Panço" tortunu belə hazırlayın - FOTOLARŞokolad və vişnəli "Panço" tortunu belə hazırlayın - FOTOLARŞokolad və vişnəli "Panço" tortunu belə hazırlayın - FOTOLARŞokolad və vişnəli "Panço" tortunu belə hazırlayın - FOTOLAR


f Paylaş19 yanvar 2016 , Baxılıb: 1323


Həmçinin oxuyun

mp3 yukle
Mp3 yukle sayti