Sosiskalı pizza

Sosiskalı pizza
Ərzaqlar:Sosiskalı pizza

Xəmir üçün:

4 st un
1 ədəd yumurta
2 x.q şəkər tozu
4 x.q bitki yağı
1 ç.q quru maya
1/2 ç.q duz
1 st ilıq su ya da süd

Üstü üçün:Sosiskalı pizza

9 ədəd sosiska
3 ədəd pomidor
3 ədəd şirin bibər
3 x.q ketcap
3 x.q mayonez
200-250 q pendir
15-20 ədəd zeytun
Duz

Hazırlanması:

Xəmiri hazırlamaq üçün bax. Mayalı pizza xəmiri

Üstü üçün ərzaqları hazırlayaq. Pendiri sürtgəcin böyük gözündən keçiririk.

Sosiskalı pizza
Sosiskaları həm nazık həm də qalın doğrayırıq.

Sosiskalı pizza
P0midorları yuyub iki bölüb nazik doğrayırıq.

Sosiskalı pizza
Bibərin içini təmizləyib, yuyub, nazik uzun doğrayırıq.

Sosiskalı pizza
Zeytunları halqa-halqa doğrayırıq.

Sosiskalı pizza
Xəmirin kündələrini götürüb az un səpib 28-30 sm diametrdə yayırıq.

Sosiskalı pizza
İndi isə pizzaların üstünü bəzəyək.

I üsul.

Sosiskalı pizza
Xəmirin üstünə qalın doğranmış sosiskaları yan-yana şəkildəki kimi düzürük.

Sosiskalı pizza
Yanları içəriyə doğru bərkidirik.

Sosiskalı pizza
Hər sosiska diliminin arasını bıçaqla kəsirik.

Sosiskalı pizza
Sonra sosiskaları bir istiqamətdə çevirə-çevirə açıb düzəldirik.

Sosiskalı pizza
Bu şəkili verdikdən sonra xəmiri qaba yağ çəkib qoyuruq. Sonra içinə 1x.q ketçap və 1 x.q mayonez yayırıq.

Sosiskalı pizza
Üstünə istədiyimiz kimi sosiska, pamidor, bibər, zeytun düzüb düz səpirik.

Sosiskalı pizza
Üstünə pendir səpirik. I üsul hazırdı.

Sosiskalı pizza
Sosiskalı pizza
II üsül.

Sosiskalı pizza
Xəmirin yanlarını 16 hissəyə bölüb bıçaqla kəsirik. Hər hissənin üstünə sosiska qoyuruq.

Sosiskalı pizza
Yanlardan xəmiri içəri doğru bağlayıb qaba yağ çəkib qoyuruq.

Sosiskalı pizza
Eyni qayda ilə içinə mayonez və ketçap yayırıq.

Sosiskalı pizza
İçinə sosiskaları istədiyimiz kimi düzürük.

Sosiskalı pizza
Pomidor, bibər, zeytun düzüb duz səpirik.

Sosiskalı pizza
Üstünə pendiri tökürük. II üsul hazırdı.

Sosiskalı pizza
Sosiskalı pizza
III üsul.

Sosiskalı pizza
Yayılmış kündəni qaba yağ çəkib qoyuruq. Xəmirin üstünə mayonez və ketçap yayırıq.

Sosiskalı pizza
İstədiyimiz kimi üstünə sosiska, pomidor, bibər, zeytun düzürük, duz və pendir səpirik.

Sosiskalı pizza
III üsul da artıq hazırdı.

Sosiskalı pizza
Hazır pizzaları 220 dərəcədə qızdırılmış sobada 15-20 dəqiqəyə bişiririk.

Nuş olsun!


f Paylaş7 oktyabr 2013 , Baxılıb: 2823


Həmçinin oxuyun

mp3 yukle
Mp3 yukle sayti