Süd və nişastalı kəsmik

Süd və nişastalı kəsmikZərif desert həm böyüklərin, həm də uşaqların xoşuna gəlir.

Süd və nişastadan hazırlanmış kəsmiyi hazırlamaq üçün lazım olan ərzaqlar:

0,5 stəkan süd

1 paket (15 qr) jelatin

1 paket (10 qr) vanil şəkəri

250 qr kəsmik

0,5 stəkan şəkər kirşanı

2 ananas halqası (və ya başqa meyə, çiyələk də ola bilər)

Hazırlanması:

Bişmiş südüddə jelatini həll edin və şişməsi üçün 20 dəqiqə gözləyin. Kəsmiyi şəkər kirşanı, xama və vanil şəkəri ilə yaxşıca qarışdırın. Ananas halqalarını (və yaxud giləmeyvəni) doğrayın. Jelatini qaynar vəziyyətə çatana qədər qızdırın, amma qaynamasın. Ehtiyyatla jelatini xama kütləsinin üzərinə töküb yaxşıca qarışdırın. Doğranmış ananas hissələrini də əlavə edib, yenidən qarışdırın. Kutləni formalı qabın içərisinə qoyun soyuducuda 4-5 saat saxlayın. Desertin formasının pozulmaması üçün qabını bir neçə saniyə qaynar suya salın, kəsmik qabın divarlarından asanlıqla çıxacaq.


f Paylaş13 may 2015 , Baxılıb: 590


Həmçinin oxuyun

mp3 yukle
Mp3 yukle sayti