Susuzluğu yatıran limonad hazırlanması

Susuzluğu yatıran limonad hazırlanmasıTərkibi:

4 -5 ədəd limon,

• 1 stəkan şəkər tozu,

• 4 stəkan soyuq su.

Bu limonadı evinizdə mütləq hazırlayın.

C vitamini ilə zəngin olan bu içki susuzluğu da yatırmağa kömək edir.

Hazırlanması:

Limonları yaxşıca yuyun, dilimlərə doğrayıb bir qaba qoyun.

Dilimlənmiş limonların üzərinə şəkər tozu töküb 1 saat gözləyin.

Sonra suyunu çıxartmaq üçün limon dilimlərini əlinizlə sıxın.

Daha sonra soyuq suyu limonların üzərinə əlavə edin və əlinizlə ovmağa davam edin.

Limonlar yaxşıca əzildikdən sonra limonadı süzgəcdən keçirin.

Limonadı stəkanlara töküb süfrəyə verin.


f Paylaş2 iyun 2015 , Baxılıb: 784


Həmçinin oxuyun

mp3 yukle
Mp3 yukle sayti